“Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının
strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli
1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar qərara alıram:
“Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 7, maddə 657; 2012, ¹ 4, maddə 365, ¹ 6, maddə 555; 2013, ¹ 8, maddə 982; 2014, ¹ 10, maddə 1226, ¹ 11, maddə 1414; 2016, ¹ 2 (II kitab), maddə 250, ¹ 9, maddə 1505; 2017, ¹ 5, maddə 801) 11-ci hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2018-ci
il
Azərbaycan.- 2018.- 6 aprel.-
S.7.