“Bakı Prosesi” ildən-ilə
genişlənərək daha böyük coğrafiyanı əhatə edir
“Bakı
Prosesi” ildən-ilə
genişlənərək daha
böyük coğrafiyanı
əhatə edir. AZƏRTAC xəbər
verir ki, bu fikir aprelin
5-də Bakıda Qoşulmama
Hərəkatına üzv
ölkələrin xarici
işlər nazirlərinin
“Davamlı inkişaf naminə beynəlxalq sülhün və təhlükəsizliyin təşviqi”
mövzusunda keçirilən
konfransı çərçivəsində
“Bakı Prosesi”nin təqdimatında bildirilib.
Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və xarici işlər naziri Elmar Məmmədyarov konfrans iştirakçılarına “Bakı Prosesi” barədə məlumat veriblər.
Bildirilib ki, bu il “Bakı Prosesi”nin 10 illiyi qeyd olunur.
“Bakı Prosesi”
2008-ci ilin dekabrında
paytaxtımızda keçirilən
Avropa və ona qonşu regionların mədəniyyət
nazirlərinin konfransında
irəli sürülüb.
Bu konfransda ilk dəfə
olaraq on islam
ölkəsinin də
iştirak etməsi ilə yeni bir
formanın əsası
qoyuldu. Ümumilikdə
48 ölkənin, 8 beynəlxalq
təşkilatın və
bir sıra beynəlxalq qeyri-hökumət
təşkilatlarının yüksək səviyyəli
nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın
təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası
dialoqun təşviqinə
dair Bakı Bəyannaməsi” qəbul
edildi. Beləliklə,
sivilizasiyalar arasında
dialoqun inkişafını
nəzərdə tutan
“Bakı Prosesi”nin və bu prosesin uğurla
davam etdirilməsi məqsədilə Azərbaycan
tərəfindən təklif
edilən “Sənətçilər
dialoq naminə” layihəsinin əsası qoyuldu. Həmin konfransda Azərbaycan Prezidenti İlham Əliyevin nitqi, irəli sürdüyü
təkliflər və
tövsiyələr “Bakı
Prosesi”nin qlobal bir təşəbbüsə
çevrilməsinə səbəb
oldu. O vaxtdan bəri Bakıda dörd Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, eləcə də bir sıra konfranslar,
seminarlar, konqreslər
və sərgilər keçirilib.
Azərbaycan.- 2018.- 6 aprel.- S.8.