“Formula-1”in ən möhtəşəm tribunaları Bakıda qurulur

 

Azərbaycan 3-cü dəfə planetin ən güclü pilotlarını qarşılamağa hazırlaşır

 

Aprelin 27-29-da Azərbaycan sayca 3-cü dəfə dünyanın ən mötəbər idman yarışlarından birinə - “Formula-1” Azərbaycan Qran-prisinə evsahibliyi edəcək. Son iki ildəki  yarışlardan sonra yüksək təşkilatçılıqla nümunə göstərən Azərbaycan növbəti dəfə dünyanın ən güclü pilotlarını qarşılamağa hazırdır.

Əminliklə söyləmək olar ki, cari mövsümün 4-cü mərhələsi olan Azərbaycan Qran-prisində sürət həvəskarlarını möhtəşəm yarış gözləyir. Yarışların keçirildiyi şəhər trekiBakı Şəhər Halqası” (BŞH) adlanır uzunluğuna görə dünyada ikincidir. Yarış 20 müxtəlif çətinlikli döngəsi 6 kilometrlik uzunluğu ilə 51 dövrədə tamamlanacaq.

Qeyd edildiyi kimi, Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. “Formula-1” Azərbaycan Qran-prisiAzadlıqmeydanından start götürəcək burada da başa çatacaq. Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq.

Bakı trekini əhatə edən asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi məqsədilə təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Hazırlıq işləri ilə yaxından tanış olmaq üçün Bakı Şəhər Halqasına yollandıq. Trekə daxil olan yolların kənarlarına artıq beton bəndlər yerləşdirilib setkalar çəkilib. Asfalt örtüyündə kiçik bərpa işləri tamamlanıb. Tamaşaçı tribunalarının bəziləri hazırdır, digərlərində isə tamamlama işləri gedir. Trek boyunca müxtəlif “Formula-1” lövhələrinin piyada keçidlərinin quraşdırılması işləri aparılır.

Ümumilikdə isə Bakı Şəhər Halqasında 9 yerdə tribuna quraşdırılır. Bunlar aşağıdakılardır:

 

Abşeron - əsas tribuna

 

Abşeron tribunası yarışı dəqiq yaxından izləyə bilmək baxımından ən üstün mövqedə yerləşib. Komandaların avtoqarajları ilə üzbəüz yerləşən Abşeron tribunasına bilet alanlar yarışın yüksək adrenalin dolu başlanğıcına şahid olacaqlar.

Həmçinin həyəcanlı pit-stop əməliyyatlarını izləmək üçün ən yaxşı mövqeyə sahibdirlər. Bu tribunada olan yarış həvəskarları pit yolu, start düzülüşü finiş xəttini yaxından izləyə biləcəklər. Bu tribuna ən böyük olmaqla 5 sektordan ibarətdir.

 

Xəzər tribunası

 

Muzey Mərkəzinin qarşısında Bulvar tribunası ilə üzbəüz yerləşən Xəzər tribunasından izləyicilər bolidlərin start-finiş xəttinə doğru saatda 300 kilometri aşan sürətlə hərəkətini yaxından müşahidə edə biləcəklər.

 

Bulvar tribunası

 

Dənizkənarı parkın Muzey Mərkəzi Xəzər tribunası ilə üzbəüz hissəsində yerləşən Bulvar tribunasından da bolidlərin start-finiş xəttinə doğru saatda 300 kilometri aşan sürətlə hərəkətini izləmək imkanı olacaq.

 

Sahil tribunası

 

Dənizkənarı park boyunca davam edən sürət xətti üzərində 20-ci döngədə yerləşən Sahil tribunasından tamaşaçılar yolun iki müxtəlif hissəsini eyni anda izləmək imkanına malik olacaqlar. Trekin bu tribunadan görünən hissəsində bolidlər həm soldan sağa doğru start-finiş istiqamətində tam sürətlə, həm trekin digər tərəfində 5-ci 6-cı döngələri asan keçmək üçün aşağı sürətlə hərəkət edəcəklər. Bu da, öz növbəsində, tamaşaçılara avtomobil sürücüləri yaxından izləmək üstünlüyü verəcək.

 

Muğam tribunası

 

Dənizkənarı parkda yerləşən Kukla Teatrının qarşısındakı Muğam tribunasından insanlar yolun çarpaz hissəsində görüşən bolidləri eyni anda müşahidə edə biləcəklər. Trekin Muğam tribunasının düz qarşısında yerləşən qismində bolidlər həm soldan sağa doğru start-finiş istiqamətində, həm buna əks istiqamətdə, sağdan sola doğru 7-ci döngəyə tərəf, şəhərin tarixi hissəsinə dönənədək tam sürətlə hərəkət edəcəklər.

 

İçərişəhər tribunası

 

Qala qapılarının yanında yerləşən İçərişəhər tribunası yarışı izləməklə yanaşı, qədim şəhərin gözəlliklərinə tamaşa etmək baxımından da unikal mövqeyə malikdir. Bu tribunada tamaşaçılar yarışı trekin İçərişəhər divarları boyu uzanan yoxuş yolunun ən hündür nöqtəsindən izləyəcəklər.

 

 Qız qalası tribunası

 

Qız qalası ilə üzbəüz yerləşən tribunada UNESCO-nun mədəni irsinə daxil edilmiş bu tarixi abidənin nadir mənzərəsi fonunda “F1” bolidlərinin yürüşünü seyr etmək imkanı yaranacaq. Bu tribunada olan yarış həvəskarları bolidlərin buradan 18-ci döngəyə tərəf son sürətlə hərəkətini onların Qız qalasının tam qarşısından keçməklə sürət zolağı boyunca davam edəcək gərgin mübarizəsini izləyə biləcəklər.

 

Azneft tribunası

 

Bu tribuna Azneft dairəsi ətrafında yarışı yaxından izləməyə imkan verən mükəmməl mövqedə yerləşir. Buraya bilet alan tamaşaçılar Dənizkənarı parkın Bakı tennis yaxt klublarına yaxın olan hissəsində qərarlaşmış nəfəsçəkici 16-cı döngəni ən yaxşı yerdən müşahidə etmək imkanına malik olacaqlar. Trekin eniş hissəsinin düz qurtaracağında yerləşən Azneft tribunasında tamaşaçılar bolidlərin 16-cı döngəyə qədər amansız rəqabətini, kəskin dönüşlərini döngənin ardınca sahil boyu uzanan sürət zolağında ötüşməsini əvəzolunmaz mövqedə izləyəcəklər. Tribuna aşağı yuxarı hissələrdən ibarətdir.

 

Filarmoniya tribunası

 

Filarmoniya tribunasında tamaşaçılar Filarmoniya bağının qarşısında, trekdəki kəskin enişin 16-cı döngəyə keçdiyi hissədə davam edən gərgin mübarizəni izləmək imkanına malik olacaqlar.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.-6 aprel.- S.1; 11.