"Bütün dünya- bir sərgi" şüarı altında keçirilən builki sərgidə 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir

 

Prezident İlham Əliyev “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm səyahətlər sərgisi ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 6-da Bakı Ekspo Mərkəzində “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi.

Qeyd olundu ki, “Bütün dünya - bir sərgi” şüarı altında keçirilən builki sərgidə 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alıb. Ziyarətçilər 90-dan çox xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola bilirlər. Budəfəki sərgidə müxtəlif hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir. XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi aparmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış oldu. Nazirlikdən başqa, burada bir neçə milli qurum da təmsil olunur. Bu şirkətlər sərgidə turizmin müxtəlif istiqamətləri üzrə xidmətlər təklif edirlər. Ümumilikdə, stenddə Azərbaycanın turizm marşrutları məkanları, paytaxtla yanaşı, bölgələrin mövcud turizm potensialı infrastrukturu barədə məlumat verilir. 2017-2018-ci illər qış mövsümündə təkcə Şahdağ Turizm Mərkəzini 140 mindən çox turist ziyarət edib. Turistlərin 50 faizə yaxını xarici vətəndaşlar olub. Burada ziyarətçilərə Azərbaycanın “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı məlumatlar da verilir.

Azərbaycan Turizm Assosiasiyasının stendində 15-ə yaxın şirkət təmsil olunur. Şirkətlər otel turizm üzrə ixtisaslaşmış qurumlardır. Burada Bakıda regionlarda mövcud otel kompleksləri, istirahət məkanları, əyləncə mərkəzləri barədə məlumat almaq mümkündür.

Sərgidə Qarabağ stendinə böyük maraq var. Azərbaycanın əzəli torpağı Qarabağın təbii gözəllikləri qonaqların xüsusi marağına səbəb olur. Bundan əlavə, digər bölgələrimizin təbii imkanları da sərgidə nümayiş etdirilir. Buradan da aydın olur ki, ölkəmizdə turizmin inkişafının vacib istiqamətlərdən biri kimi müəyyənləşməsi heç təsadüfi deyil. Bunun nəticəsidir ki, indi paytaxtla yanaşı, bölgələrimizdə müasir turizm infrastrukturu yaradılıb. Azərbaycanın qədim zəngin mədəniyyəti, milli mətbəximizin müxtəlifliyi, xalqımızın qonaqpərvərliyi turistləri ölkəmizə cəlb edir. Digər tərəfdən Azərbaycanda turizmin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, idman digər növləri inkişaf edir ölkəmizin zəngin flora faunası, gölləri, çayları, dağları respublikamıza bir dəfə səfər edən turistləri yenidən Azərbaycana gəlməyə sövq edir.

Sərgidə təmsil olunan Azərbaycan Konqreslər Bürosu ölkəmizi dünya səviyyəli biznes, alış-veriş istirahət məkanı kimi təbliğ edir. Bu qurum hər il keçirilən Bakı Şopinq festivalının rəsmi təşkilatçısıdır. Bu festivalın keçirilməsində məqsəd turizm baxımından ölkəmizin cəlbediciliyinin yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ticarət dövriyyəsinin artırılmasını stimullaşdırmaqdır.

Rusiyanın Stavropol vilayəti sərgidə geniş təmsil olunur. Onun stendində 50-yə yaxın şirkət, 25-dək sanatoriya öz xidmətlərini təklif edir. Şirkətlər turizm, idman turizmi, sağlamlıq, müalicə istiqamətləri üzrə ixtisaslaşıb.

İtaliyanı isə sərgidə bu ölkənin Milli Turizm Şurası təmsil edir. Qurum İtaliyanın turizm, otel yeməkxana komplekslərinin xidmətlərini nümayiş etdirir. İtaliya növbəti illərdə sərgiyə qatılmaq niyyətindədir.

Sərgidə iştirak edən yerli şirkətlərdən biri Paşa Travel”dir. Dövlətimizin başçısına məlumat verildi ki, “Paşa Travel” üç dinamik turizm sahəsi təklif edir. “Baku Sightseeing” Azərbaycana gələn ziyarətçilərə zəngin proqrama malik gəzinti turları, “BakuCardümumi nəqliyyat vasitələrindən pulsuz istifadə, şəhərin müxtəlif görməli yerlərinə giriş, müəyyən kafe, restoran mağazalarda xüsusi endirim, “PASHA Holidays” isə xarici ölkələrə səyahəti həyata keçirən etibarlı səyahət agentliyi olmaqla yanaşı, davamlı uçuşlar, Monteneqro Birləşmiş Ərəb Əmirlikləri istiqamətinə çarter reysləri təklif edir.

Rusiya Federasiyasının Dağıstan Respublikası da sərginin daimi iştirakçıları arasındadır. Sərgiyə 4 şirkətlə qatılan Dağıstanın turizm marşrutları ziyarətçilər tərəfindən maraqla qarşılanır.

Gürcüstan da bu sərginin daimi iştirakçılarındandır. Budəfəki sərgidə ölkəni Gürcüstan Milli Turizm Administrasiyası təmsil edir. Gürcüstanın nadir turizm imkanlarının inkişafı, təşviqi qorunub saxlanmasına cavabdeh olan bu qurumun stendində 10 şirkət xidmətlərini nümayiş etdirir. Onlar əsasən bölgələrdə yaradılmış turizm potensialı istiqamətlər üzrə xidmətlər göstərirlər.

Bakıya gələn turistlərin daha çox diqqət göstərdiyiİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğunun stendində bildirilib ki, artıq yeni Turistik Məlumat Mərkəzi fəaliyyətə başlayıb. İçərişəhərin müxtəlif nöqtələrində yerləşən mərkəz turistlərin qədim şəhərlə daha rahat tanış olmaları üçün nəzərdə tutulub. Müasir informasiya metodlarının tətbiq olunduğu mərkəzdə vahid mərkəzləşdirilmiş turizm idarəetmə sistemi, yeni turizm internet-portalı yaradılıb. Bütün məlumatlar xüsusi informasiya monitoruna yüklənilib.

Qardaş Türkiyə həmişə olduğu kimi, bu il sərgidə geniş təmsil olunur. Bu ölkənin müxtəlif bölgələrinin turizm marşrutları, turizm xəritələri böyük maraqla qarşılanır. Sərgidə Türkiyəni təmsil edən 15-ə yaxın şirkət turizm, sağlamlıq müalicəvi xidmətlərini təklif edir.

Çex Respublikası sərgidə 7 şirkətlə təmsil olunur. Geniş turizm imkanlarına malik bu ölkənin böyük otellər şəbəkəsi, kurortlar turizm şirkətləri ziyarətçilər tərəfindən maraqla qarşılanır.

Bolqarıstan Azərbaycan Beynəlxalq turizm səyahətlər sərgisinin rəsmi tərəfdaşıdır. Ölkələrimiz arasındakı əməkdaşlığın nəticəsidir ki, bu ilin yanvarında Bakı-Sofiya aviaxətti açılıb. Bu da öz növbəsində ikitərəfli turizm axınına müsbət təsir göstərir. Ötən il Azərbaycandan Bolqarıstana səfər edən turistlərin sayı 3 mindən çox, oradan ölkəmizə gələnlərin sayı isə 2 mindən çox olub.

Zadaganev tekstlini təqdim edən nadir Azərbaycan brendidir. Məqsəd ölkəmizin zəngin ənənələrini, tarixini milli dəyərlərini hər bir evdə canlandırmaqdır. Şirkət mədəniyyət abidələrini, nağılların qəhrəmanlarını, nadir miniatür nümunələri xalça naxışlarını hazırladığı süfrələrdə əks etdirir.

SərgidəTibbi sağlamlıq turizmisektoru da geniş təmsil olunur. Bu sektorun iştirakçıları istirahət məkanlarını seçməklə yanaşı, yüksəkixtisaslı tibbi xidmətlərdən də faydalanmaq üçün müxtəlif imkanlar nümayiş etdirirlər.

Sərgidə ilk dəfə iştirak edən İndoneziyanı Şərqi Yava əyaləti təmsil edir. Ölkənin geniş turizm potensialını təqdim edən bu əyalətin şirkətləri növbəti illərdə sərgiyə daha böyük nümayəndə heyəti ilə qatılmaq niyyətlərini bəyan ediblər.

Dünyada turizmin mühüm məkanlarından olan Tailand da sərgidə xidmətlərin geniş çeşidini təklif edir. Tailand şirkətləri ölkənin turizm potensialının cəlbediciliyini ziyarətçilərin diqqətinə çatdırır.

Qeyd edək ki, aprelin 7-nə qədər davam edəcək sərgi BMT-nin Ümumdünya Turizm Təşkilatı və Asiya-Sakit Okean Turizm Assosiasiyası kimi beynəlxalq qurumlar tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.

 

Azərbaycan.- 2018.- 7 aprel.- S.1-2.