Əlillərin sağlam həyata inteqrasiyasında Azərbaycanın mükəmməl təcrübəsi başqa ölkələrdə maraqla öyrənilir

 

Respublika Əlillərin Bərpa Mərkəzində yaradılan yüksək standartlar səviyyəsində reabilitasiya şəraiti də bunu əyani təcəssüm etdirir

 

Əlilliyi olan şəxslərin etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiyi ölkəmiz bu təbəqədən olan insanların sağlamlıqlarının, nəticə etibarilə sosial statuslarının bərpa olunması və cəmiyyətin digər üzvləri ilə yanaşı addımlamaq imkanlarına yiyələnmələri istiqamətində də fəal və məqsədyönlü dövlət siyasətinə malikdir.

“Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər” deyə bəyan edən Azərbaycan Prezidenti İlham Əliyevin bu təbəqədən olan insanlara xüsusi diqqət və qayğısı əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahəsində tədbirlərin də ildən-ilə güclənməsinə, reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulmasına imkan verib.

Azərbaycanda əlilliyi olan şəxslər ölkə qanunvericiliyində və BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin Hüquq Bəyannaməsində təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Bu sahədə aparılan siyasətin əsas istiqamətlərindən biri də əlilliyi olan şəxslərin reabilitasiya potensiallarının reallaşdırılmasına, sağlamlıqlarının bərpasına, bunun üçün onların səmərəli bərpa-müalicə xidmətləri ilə əhatə olunmasına yönəlib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir, tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi üçün mühüm işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial EkspertizaReabilitasiya Xidmətinin rəisinin müavini Gülnarə Hacıyeva bizimlə söhbətdə bildirdi ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyi olan şəxslər üçün ölkəmizin bütün ərazisini əhatə edən 15 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir: “Tibbi-sosial reabilitasiya yönündə görülən işlərin davamı kimi bu müəssisələrdə ötən il 39,8 min nəfərə bərpa xidməti göstərilib. Habelə ötən ilcari ilin ilk rübündə əlilliyi olan şəxslərə 39,2 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə 1500-ə yaxın əlil arabası verilib”.

G.Hacıyeva qeyd etdi ki, reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslərin bərpa müalicəsi üçün fərdi reabilitasiya proqramları hazırlanır və icra olunur, xəstəlikləri nəzərə alınmaqla bərpa müalicəsi alanların dietikrasional qidalanması təşkil edilir: “Azərbaycan Prezidentinin xüsusi diqqət və qayğısı respublikada tibbi-sosial reabilitasiya sisteminin maddi-texniki bazasının gücləndirilməsi və müasir tələblərə uyğun qurulması istiqamətində mühüm tədbirlərin gerçəkləşdirilməsinə şərait yaradıb. Dövlət başçısının iştirakı ilə əsaslı yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində, həmçinin Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzində müasir və səmərəli bərpa-müalicə şəraiti yaradılıb.

Hazırda nazirliyin digər bir sıra reabilitasiya müəssisələrində də bu yöndə işlər davam etdirilir. Bərpa-müalicə müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılarkən əlilliyi olan şəxslərə sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün müvafiq potensialın yaradılması da diqqətdə saxlanılır”.

Qeyd edək ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 32 il bundan əvvəl, 1986-cı ildə yaradılan Respublika Əlillərin Bərpa Mərkəzi ulu öndər 1993-cü ildə respublika rəhbərliyinə qayıtdıqdan sonra da onun diqqət və qayğısı ilə əhatə olunub. Həmin dövrdən sonra ölkədə sosial sahənin bütün sektorları üzrə özünü göstərən inkişaf prosesləri, sosial cəhətdən həssas əhali qruplarına, o cümlədən əlilliyi olan insanlara dövlət qayğısının artırılması yönündə ildən-ilə güclənən tədbirlər əlil vətəndaşların sağlamlıqlarının bərpası kimi vacib məqsədə xidmət edən Respublika Əlillərin Bərpa Mərkəzinin də maddi-texniki bazasının gücləndirilməsi, fəaliyyətinin təkmiləşdirilməsi istiqamətində mühüm addımların atılması ilə müşahidə olunub. 1994-cü ildə Mərkəz üçün dördmərtəbəli korpusun tikilməsi, sonrakı illərdə burada əlavə olaraq yeni şöbələrin yaradılması, müəssisənin reabilitasiya xidmətlərinin miqyasının genişləndirilməsi və s. də bunu təsdiq edir. Azərbaycan Prezidentinin tapşırıqları əsasında son illərdə Respublika Əlillərin Bərpa Mərkəzinin ən müasir tələblər səviyyəsində yenidən qurulması təmin edilib.

G.Hacıyeva Respublika Əlillərin Bərpa Mərkəzindən bəhs edərək bildirdi ki, bu gün Mərkəz 18 yaşından yuxarı əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahəsində Cənubi Qafqaz regionunda bərabəri olmayan, yüksək səviyyədə bərpa-müalicə şəraitinə, səmərəli müalicə işlərini yerinə yetirməyə imkan verən tibbi-fizioterapevtik aparatlara malik nümunəvi reabilitasiya müəssisəsi kimi seçilir: “Müəssisədə əlilliyi olan şəxslərə kompleks tibbi, sosial və peşə reabilitasiyası xidmətləri göstərilir, onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası üçün müvafiq işlər aparılır. Burada əlilliyi olan insanlar, xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş vətəndaşlarımız, 20 Yanvar, Əfqanıstan hadisələri zamanı əlil olmuş insanlar, Çernobıl əlilləri səmərəli reabilitasiya xidmətləri ilə əhatə olunurlar”.

Müəssisədə bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodikatexnologiyalardan istifadə edildiyini diqqətə çatdıran G.Hacıyeva həmçinin burada sınanmış bərpa üsullarının öyrənilməsi yolu ilə səmərəli reabilitasiya metodlarının hazırlanaraq təcrübədə tətbiq edildiyini vurğuladı. Bərpa müalicəsi alanların yaşı və sağlamlıqları nəzərə alınmaqla onlar müalicə idmanına da cəlb edilir, həmin insanlarda gigiyenik vərdişlər formalaşdırılır, onlar arasında sağlam həyat tərzinin təbliğinə xüsusi diqqət yetirilir.

Mərkəzdə bərpa müalicəsi alanlarla əlaqədar məlumat bankı da yaradılıb. Nazirliyin regional bərpa mərkəzləri arasında əlaqələrin yaradılması, həmin mərkəzlər üçün kadrların hazırlanması, təkmilləşdirilməsi və təşkilati-metodiki kömək göstərilməsi sahəsində də tədbirlər həyata keçirilir. Həkim və tibb heyətinin həm ölkə daxilində, həm də xarici ölkələrdə təşkil edilən təkmilləşmə kurslarında iştirakı təmin edilməklə, onların peşə sahələrində bilik və bacarıqlarını artırmaları üçün müvafiq işlər aparılır. Eyni zamanda, müxtəlif layihələr çərçivəsində ayrı-ayrı ölkələrin müvafiq müəssisələri ilə reabilitasiya sahəsində təcrübə mübadilələrinin aparılmasına xüsusi önəm verilir.

Mərkəzlə yaxından tanış olduq. Müasirrahat şəraitin mövcud olduğu müəssisənin əlavə məşğələ otaqları reabilitasiya baxımından xüsusi önəm kəsb edən yeni avadanlıq və qurğularla təmin edilib. Belə texniki avadanlıqlardan birirobot aparatlardır ki, onlar xəstələrdə hərəkət funksiyası məhdudluğunun aradan qaldırılmasına, onların hərəkət etmələrinə yardımçı olurlar. Fizioterapiyapsixoloji korreksiya, tibbi-sosial reabilitasiyafunksional diaqnostika şöbələri ilə tanış olduq. Bu şöbələrdə diaqnostik müayinə və müalicə işlərinin peşəkar səviyyədə aparılması üçün müasir tələblərə uyğun şərait mövcuddur.

Həmin şöbələrdə müasir fizioterapiya aparatları, skelet dartılması üçün traksion masa, müasir kineterapiya aparatları əlilliyi olan şəxslərin istifadəsindədir. Bu aparatlardan, habelə parafin vannalarından, su ilə müalicə kabinetlərindəki hovuzvannalardan, müxtəlif növ duşlardan, şarko sirkulyatordan, fitobardans. istifadə edilməklə əlilliyi olan şəxslərin effektiv bərpa-müalicəsi işləri aparılır. Xəstələrin düzgün diaqnostik müayinələrinin aparılması üçün fəaliyyət göstərən funksional diaqnostika şöbəsində də yenimüasir avadanlıqların şahidi olduq.

Mərkəzin həyətində isə geniş yaşıllıq vardır, xəstələrin təmiz havada gəzintisi, istirahəti üçün bütün lazımi şərait yaradılıb. Əlilliyi olan şəxslər üçün Mərkəzdə mütaliə otağı da fəaliyyət göstərir ki, onlar burada həm kitablardan, həmelektron kitabxana sistemindən istifadə edirlər.

Ümumilikdə Mərkəzdə yaradılan müasir şərait, əlilliyi olan şəxslərə göstərilən səmərəli reabilitasiya xidmətləri Azərbaycan dövlətinin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə, həmçinin əhalinin sağlamlığının qorunmasına və əlilliyi olan insanların sağlamlıqlarının bərpasına yüksək diqqət və qayğının əyani təcəssümüdür. Respublika Əlillərin Bərpa Mərkəzində olarkən dövlət başçısının “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki məhdudiyyətli insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək. Əlillərin normal həyata inteqrasiyası üçün Azərbaycanda çox böyük işlər görülür. Bir çox hallarda bizim təcrübəmiz başqa ölkələrdə öyrənilir” sözlərini xatırladıq və bu sözlərin real əsaslara söykəndiyinin bir daha şahidi olduq.

İl ərzində orta hesabla 1700 nəfərə yaxın əlilliyi olan şəxsin bərpa-müalicə xidmətləri ilə təmin olunduğu bu reabilitasiya ocağının timsalında da Azərbaycanın daim inkişafda olan müasir bir ölkəyə çevrildiyini iqtisadi tərəqqinin sosial sahədə də mühüm nailiyyətlərin əldə edilməsi ilə müşahidə olunduğunu, reabilitasiya sisteminin respublikanın inkişafına uyğun təkmilləşdiyini, aparılan siyasətin hər bir vətəndaşın maraq və mənafelərinin təminatına xidmət etdiyini görmək mümkündür.

Mərkəzə gələn hər hansı əlilliyi olan şəxsin ilk növbədə reabilitasiya potensialının qiymətləndirilməsi aparılır və nəticəyə uyğun fərdi reabilitasiya planı əsasında kurs təyin olunur. Burada müəyyən müddət reabilitasiya kursu keçdikdən sonra həmin insan səhhətində müsbət dəyişikliklər hiss edir. Müəssisənin 1, 2 və 3 nəfərlik palatalardan ibarət 50 çarpaylıq stasionar bölməsində görüşdüyümüz əlilliyi olan şəxslər də bunu təsdiq etdilər. Onu da bildirək ki, bölmədə stasionar müalicənin təşkili, müvafiq xidmətlərlə təminatın həyata keçirilməsi, xəstələrin rahatlığı üçün bütün lazımi şərait yaradılıb.

Birinci qrup Qarabağ müharibəsi əlili Mirtənzil Seyidəliyev bildirdi ki, ölkəmizdə onlar üçün müasir səviyyədə belə bir reabilitasiya sisteminin fəaliyyət göstərməsi dövlətin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısının nəticəsidir: “Mərkəzə qəbul olunduqdan sonra mənim üçün fərdi reabilitasiya planı tərtib edildio plan üzrə də müalicə olunuram. Qısa müddətdir ki, burada mülicə kursu keçməyimə baxmayaraq, səhhətimdə yaxşılaşma hiss edirəm. Döyüş yoldaşlarım olmuş insanlarla söhbətlərimizdə də onlar həmişə bu bərpa mərkəzi ilə bağlı xoş sözlər söyləyirlər. Burada çalışan həkimlərimizdən də çox razıyam. Tək mən yox, mərkəzdə bərpa müalicəsi kursu keçən hər bir şəxs onların öz işlərinə necə məsuliyyətlə yanaşdıqlarını, əlil insanlara, o cümlədən vətənin müdafiəsi uğrunda döyüşlərdə sağlamlıqlarını itirmiş insanlara necə böyük diqqət və qayğı göstərdiklərini təsdiq edər”.

Mərkəzdə həmsöhbət olduğumuz digər şəxslər - birinci qrup Qarabağ müharibəsi əlili Mərziyə Piriyeva, ikinci qrup Qarabağ müharibəsi əlilləri Güloğlan Dadaşov, Ələkbər Ələkbərov, Mehdi Rəhimov və başqaları da onlar üçün yüksək səviyyədə reabilitasiya şəraitinin yaradıldığına görə dövlət rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Bildirdilər ki, əlilliyi olan insanların, xüsusən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların diqqət və qayğı ilə, tibbi-sosial reabilitasiya tədbirləri ilə əhatə olunduqlarını görəndə ürəklərində dövlətimizə inam hissi, eyni zamanda ölkəmizin inkişafına görə iftixar duyğusu daha da artır. Qarabağ müharibəsi əlilləri söhbət əsnasında yaxın günlərdə keçiriləcək Azərbaycan Prezidenti seçkilərində də fəal iştirak edəcəklərini, ən layiqli namizədə səs verəcəklərini vurğuladılar.

Son illərdə ölkəmizdə tibbi-sosial ekspertizareabilitasiya sisteminin elektron texnologiyalar üzərində qurulması da mühüm uğurlardan biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial EkspertizaReabilitasiya Alt Sisteminin (TSERAS) yaradılaraq işə salınması əlilliyin qiymətləndirilməsi prosesinin avtomatlaşdırılmış şəraitdə, vətəndaş-ekspert kontaktı olmadan, obyektiv və şəffaf aparılmasına imkan verib. Bu, eyni zamanda son bir ildə ilkin əlillik təyin olunanların sayının 31 faiz azalması ilə nəticələnib.

Əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpası yönündə məqsədyönlü işlər aparılmaqla onların sosial təminatının gücləndirilməsi də diqqətdə saxlanılır. Həmin insanlar əlilliyə görə əmək pensiyası və ya sosial müavinətlə, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlar isə bu təminat növləri ilə bərabər Azərbaycan Prezidentinin aylıq təqaüdləri, onların uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılması, mənzillə təminatı sahəsində də mühüm addımlar atılır. Bu məqsədlə ölkəmizin bölgələrində yaşayış evlərinin tikintisi, habelə şəhər yerlərində yeni inşa olunmuş binalardan mənzillərin alınaraq təmir etdirilməsi işləri aparılır. Ümumilikdə indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6,1 min nəfər əlil və şəhid ailəsi mənzillə təmin edilib, 5,9 min nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobili verilib.

Bu gün ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması, onların tibbi-sosial reabilitasiyası, sağlamlıqlarının bərpası, bərpa-müalicə infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində görülən işlər Azərbaycanda aparılan sosial siyasətin hər bir ölkə vətəndaşının, o cümlədən əlilliyi olan insanların rifahına, həyat səviyyəsinin yaxşılaşmasına, eyni zamanda sağlamlığının qorunmasına xidmət etdiyini göstərir.

 

E.CƏFƏROV

 

Azərbaycan.- 2018.- 7 aprel.- S.1; 8.