“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 8, maddə 485; 2004, ¹ 7, maddə 505; 2009, ¹ 5, maddə 296; 2010, ¹ 3, maddə 171; 2012, ¹ 7, maddə 645; 2013, ¹ 12, maddə 1482) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddənin birinci hissəsində, 7-ci maddənin ikinci hissəsində, 9-cu maddənin birinci hissəsində, ikinci hissəsinin birinci abzasında, üçüncü, səkkizinci, on ikincion üçüncü hissələrində, 10-cu maddənin birinci hissəsində, ikinci hissəsinin ikincidördüncü cümlələrində, üçüncü hissəsinin ikinci cümləsində və beşinci hissəsində, 11-ci maddənin birinci (ikinci halda) və beşinci hissələrində, 14-cü maddənin altıncı hissəsində, 17-ci maddənin birincidördüncü hissələrində, 18-ci maddənin birinci hissəsində, 19-cu maddənin birincibeşinci hissələrində, 21-ci maddənin birincibeşinci hissələrinin birinci cümlələrində, 22-ci maddənin birinci hissəsində, 24-cü maddənin ikinci hissəsində, 28-ci maddənin birinci hissəsinin ikinci cümləsində, beşinci, on üçüncü hissələrinin birinci cümlələrində, 31-ci maddənin birinci hissəsinin birinci abzasında ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı”  sözləri ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum” sözləri ilə əvəz edilsin.

2.9-cu maddənin ikinci hissəsinin üçüncü abzasında “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda” sözləri ilə əvəz edilsin.

3.26-cı maddənin doqquzuncu hissəsində “orqanları” sözü “orqanı və  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum” sözləri ilə əvəz edilsin.

4. 14-cü maddənin yeddinci hissəsində (hər üç halda), 17-ci maddənin dördüncü hissəsində, 21-ci maddənin birinci hissəsinin ikinci cümləsində, ikinci hissəsində, beşinci hissəsinin ikinci cümləsində, 22-ci maddənin ikinci hissəsində, 28-ci maddənin birinci hissəsinin ikinci cümləsində və on üçüncü hissəsinin birinci cümləsində ismin müvafiq hallarında “dövlət rüsumu” sözləri ismin müvafiq hallarında “haqqsözü ilə əvəz edilsin.

5. 35-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

“Maddə 35. Dövlət rüsumuhaqq

 

 35.1.Bu qanunda nəzərdə tutulmuş hallarda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

35.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun göstərdiyi bu qanunda nəzərdə tutulan xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə haqq ödənilir.”.

6. 35-1-ci maddə ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2018-ci il

 

Azərbaycan.- 2018.- 7 aprel.- S.2.