“Uyğunluğun qiymətləndirilməsi
sahəsində akkreditasiya haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
24-cü bəndini rəhbər
tutaraq qərara alır:
“Uyğunluğun
qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 7, maddə
758; 2015, ¹ 11, maddə 1265) aşağıdakı
dəyişikliklər edilsin:
1. 1.0.5-ci maddədə
“müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qurum” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı
məzmunda 6.5-ci maddə
əlavə edilsin:
“6.5. Uyğunluğu
qiymətləndirən qurumların
akkreditasiyasının həyata
keçirilməsinə görə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən məbləğdə
haqq alınır.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 fevral 2018-ci il
Azərbaycan.- 2018.- 7 aprel.-
S.5.