“Mədəniyyət haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli
Fərmanının ləğvi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 162 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1469 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:
“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 162 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 5, maddə 475; 2016, ¹ 8, maddə 1384) 1.2-ci bəndində “33.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 40.3-cü və 47.4.3-cü maddələrində” sözləri “33.3-cü maddəsinin birinci və ikinci (qoruqların sərhədlərinin və mühafizə zonalarının müəyyən edilməsi üzrə) cümlələrində və 47.4.3-cü maddəsində” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 aprel 2018-ci il
Azərbaycan.- 2018.-7 aprel.- S.3.