“Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 225; 2017, ¹ 12, maddə 2334) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası haqqında Əsasnamə” yeni redaksiyada verilsin (əlavə olunur).

2. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının tərkibi” yeni redaksiyada verilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2018-ci il

 

Azərbaycan.- 2018.-7 aprel.- S.9.