“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 226; 2017, ¹ 12, maddə 2335) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin fərmanla təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının apelyasiya şuraları haqqında Nümunəvi Əsasnamə” yeni redaksiyada verilsin (əlavə olunur).

2. Həmin fərmanla təsdiq edilmişYerli icra hakimiyyəti orqanlarının apelyasiya şuraları haqqında Nümunəvi Əsasnamə” yeni redaksiyada verilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2018-ci il

 

Azərbaycan.- 2018.-7 aprel.- S.10.