Milli maraqlara uyğun tam müstəqil siyasət yürüdən ölkə

 

Bu gün Azərbaycan dünya üçün açıq bütün azadlıqların təmin olunduğu məkandır

 

“Səmimi deyim ki, yuxusuz gecələr tələb edəcək dərəcədə narahatlıq doğuran bir məsələni xatırlamaqda çətinlik çəkirəm. Bilirsinizmi, elə ciddi çətinlikləri yada sala bilmirəm. Əlbəttə, işdə elə məqamlar olur ki, müəyyən məyusluq keçirirsən, çünki təlimatlar və tapşırıqlar lazımınca yerinə yetirilmir. Lakin bütövlükdə bu illər ərzində bizim bütün işlərimiz plan üzrə gedib. Ona görə mən lap əvvəldən bunu əsas götürmüşəm ki, dövlətin davamlı inkişafı yalnız atılmalı addımların ardıcıllığı, onların prioritetləri düzgün planlaşdırılmış olduqda mümkündüronlar nəticəyə yönəldilməlidir”.

Bu maraqlı fikirlər Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibəsində yer alıb.

 

Verilən bütün vədlər artıqlaması ilə yerinə yetirilib

 

Həmişə populizmdən, populist ritorikadan uzaq olduqlarını söyləyən dövlət başçısı vurğulayıb ki, Azərbaycanın daxili inkişafla bağlı məsələlər sarıdan heç bir çətinliyi olmayıb və çox güman ki, olmayacaqdı: “Vaxtaşırı olaraq yalnız narahatlıq doğuran məsələlər regional vəziyyətlə bağlı olub: regionda vəziyyətin kəskinləşməsi bizim vətəndaşlara, ölkəmizə necə mənfi təsir göstərə bilər və bizim vətəndaşları və ölkəni risk təhlükəsindən qorumaq üçün nə etmək lazımdır. Zənnimcə, hər hansı çətinliklər barədə danışmalı olsaq, bu nümunəni göstərə bilərdim, o da yalnız o mənada ki, bu amillər bizdən asılı deyil. Bizim qərarlarımızdan və hərəkətlərimizdən asılı məsələlərlə əlaqədar heç bir çətin məqam yadıma gəlmir. Bir daha deməliyəm ki, hər işimiz plan üzrə gedibyolun əvvəlində verdiyimiz bütün vədlər artıqlaması ilə yerinə yetirilib”.

 

Etibarlı tərəfdaş, dünya üçün açıq ölkə

 

Hər keçən gün tərəfdaşlarının sayını artıran Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, söz-mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir.

Azərbaycanda bununla yanaşı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Dövlətimiz Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətin daha da demokratikləşməsinə dair öz üzərinə öhdəliklər götürübbunun öhdəsindən inamla, uğurla gəlir.

Bütün bunların arasında əlavə səylər tələb edən məsələlər də var və Azərbaycan hökuməti bu istiqamətdə görür. Dövlət siyasi islahatların və nailiyyətlərin səviyyəsini çox sağlam düşüncə ilə qiymətləndirir.

 

Sosial-iqtisadi siyasətin təntənəsi

 

Son 15 ildə görülən işlərə nəzər yetirdikdə həqiqətən Azərbaycanın çox uğurlu inkişaf yolu keçdiyinin şahidi olarıq. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilib. Demək olar ki, heç bir sosial layihə təxirə salınmayıb. Elə bunun səbəbidir ki, bu nailiyyətlər beynəlxalq strukturlar tərəfindən də yüksək dəyərləndirilir. Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri tutur. Elə həmin Davos Forumunun inklüziv inkişaf indeksinə görə isə ölkəmiz inkişaf etməkdə olan dövlətlər arasında 3-cü yeri tutur.

Yəni bizdən irəlidə yalnız 30 inkişaf etmiş ölkə və iki inkişaf etməkdə olan dövlət var. Dövlət başçısı da qeyd edib ki, Davos Dünya Forumunun verdiyi bu qiymət Azərbaycanın nəyə nail olduğunu hər şeydən yaxşı nümayiş etdirir: “Biz iqtisadiyyatın yüksək dərəcədə şaxələndirilməsinə nail olmuşuq, yüz minlərlə yeni yeri yaradılıb, Azərbaycanda işsizlik təxminən beş faiz səviyyəsindədir. Yoxsulluğu da xeyli azalda bilmişik. Bu gün yoxsulluq göstəricisi 5,4 faiz həddindədir. Bütün bunlar bizim son illərdə həyata keçirdiyimiz və sanballı səmərə vermiş sosial-iqtisadi siyasətin nəticəsidir”.

 

Siyasi müstəqilliyin əsası

 

Son illər Azərbaycanda görülən işlər deyilənləri bir daha təsdiqləyir. Sosial-iqtisadi proqramların icrası, regionların inkişafı və reallığa çevrilən transmilli layihələr Azərbaycanın nüfuzunu yüksəldib, tərəfdaşlarının sayını artırıb. Ölkəmiz beynəlxalq tranzit mərkəzinə çevrilib. Bu müddət ərzində Azərbaycan iqtisadiyyatına 230 milyard dollar sərmayə yatırılıb. Azərbaycanın valyuta ehtiyatları 24 dəfə artaraq 44 milyard dollara yüksəlib.

Dövlət başçısı vurğulayıb ki, son 15 ildəki fəaliyyətinin başlıca istiqamətlərindən biri iqtisadi müstəqilliyin tam təmin edilməsi olub, bu, siyasi müstəqilliyin əsasıdır. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, onda müstəqil siyasət həyata keçirməkdə böyük çətinliklərlə üzləşə bilər və çox vaxt üzləşir: “Buna görə də bu, bizim fəaliyyətimizin başlıca istiqaməti olubbu gün Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir”.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.- 7 aprel.- S.4.