Azərbaycan Respublikasında “Elm günü”nün təsis
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq qərara alıram:
Hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 aprel
2018-ci il
Azərbaycan.- 2018.- 10 aprel.-
S.2.