Əhalinin içməli
su ilə təminatının yaxşılaşdırılmasına
dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Respublikanın
13 rayonunun ümumilikdə
45 min nəfər əhalisi
olan 30 yaşayış
məntəqəsində (siyahı
əlavə olunur) içməli su ilə təminatın yaxşılaşdırılması üçün Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının
2018-ci il dövlət
büdcəsində dövlət
əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün
nəzərdə tutulan
vəsaitin bölgüsü”nün
1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin
12,5 milyon (on iki milyon beş yüz min) manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə
ayrılsın.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
3. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
9 aprel 2018-ci il
Azərbaycan. - 2018.- 10 aprel.- S.2.