Yaponiya ilə Azərbaycan arasında gömrük əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 9-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Yaponiyanın Maliyyə Nazirliyi GömrükTarif Bürosunun baş direktorunun müavini Sumiya Şibasakinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan və Yaponiya gömrük xidmətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən, xüsusilə Ümumdünya Gömrük Təşkilatı çərçivəsində əlaqələrdən məmnunluğunu ifadə edib, bu əlaqələrin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Komitə sədri Azərbaycan Gömrük Xidmətinin Ümumdünya Gömrük Təşkilatı ilə qarşılıqlı səmərəli əlaqələrindən, bu qurumun baş katibi Kunio Mikuriyanın Azərbaycana səfərlərindən məmnunluqla söhbət açıb və gələcəkdə əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Aydın Əliyev Yaponiya gömrüyünün kadrların potensialının artırılması istiqamətində Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, artıq dörd nəfər gömrük əməkdaşının Yaponiyada təhsil aldığını və həmin şəxslərin gömrük orqanlarında mühüm vəzifələr tutduğunu diqqətə çatdırıb.

Azərbaycanda əlverişli biznes mühitindən, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan bəhs edən Aydın Əliyev adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaradıldığını vurğulayıb. Ölkədə istehsal məqsədilə həyata keçirilən layihələrin 7 il müddətinə vergilərdən azad olunduğunu diqqətə çatdıran Aydın Əliyev yaradılan münbit investisiya mühiti ilə əlaqədar yaponiyalı adamlarının da Azərbaycana investisiya yatıracağına, irihəcmli istehsal sahələrinin yaradılmasına töhfə verəcəklərinə əmin olduğunu bildirib.

Yaponiya Maliyyə Nazirliyinin GömrükTarif Bürosunun baş direktorunun müavini Sumiya Şibasaki iki ölkə arasında əlaqələrin inkişaf etdiyini və gələcəkdə daha da möhkəmlənəcəyini, öz növbəsində, hər iki ölkənin gömrük orqanlarının da əlaqələrin səmərəli şəkildə inkişafına töhfələrini verəcəyini bildirib.

Görüşdə bu il mayın 2-4-də Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçiriləcək GömrükLogistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik assambleya və konfransı, iyul ayında keçiriləcək “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda III Beynəlxalq Tələbə Konfransı barədə də fikir mübadiləsi aparılıb.

Azərbaycan Gömrük Xidmətinin son illər gömrüklə əlaqəli bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə və bu tədbirlərin əhəmiyyətinə toxunan Sumiya Şibasaki, o cümlədən beynəlxalq tələbə konfransının gənc gömrükçülər arasında əlaqələrin qurulması və inkişafı baxımından faydalı olduğunubu tədbiri yüksək qiymətləndirdiklərini bildirib.

Eyni zamanda, görüşdə bu il Ümumdünya Gömrük Təşkilatında keçiriləcək seçkilərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

Görüşdə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katoriiştirak edib.

 

Azərbaycan.- 2018.- 10 aprel.- S. 3.