qızıl” ümidləri doğruldur

 

Pambıqçılıq yenidən kənd təsərrüfatının prioritet sahələrindən birinə çevrilir

 

2016-cı ildən başlayaraq həyata keçirilən yeni islahatlar iqtisadyyatın digər sahələri kimi, aqrar sferanı da əhatə etdi. Bu da təsadüfi deyildi. Çünki Azərbaycanda kənd təsərrüfatı istehsalının zəngin tarixi ənənələri var. Ölkəmiz dünyada artıq tək nefti ilə deyil, həm də bərəkətli torpaqlarımızda yetişən məhsulları ilə tanınır. Ona görə son iki ildə kənd təsərrüfatının, xüsusən ənənəvi sahələrinin inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi, aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi istiqamətində hüquqi aktlar, fərman və sərəncamlar, o cümlədən dövlət proqramları qəbul edilib.

 

Valyuta gətirən sahənin inkişafı üçün böyük potensial var

 

Kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı ilə bağlı keçirilən müşavirələr onu göstərir ki, aqrar sektorun inkişafına dövlət dəstəyi daha geniş miqyasda davam etdiriləcək. Bu müşavirələr ölkəmizə valyuta gətirə bilən hər bir sahədə artıma nail olunmasının diqqət mərkəzində saxlanılmasından xəbər verdi.

Azərbaycanda kənd təsərrüfatının ənənəvi və valyuta gətirəcək sahələrindən biri də pambıqçılıqdır. İndiqara qızıl” adlandırdığımız neftimiz necə məşhurdursa, bir vaxtlar qızıl”ımız - pambığımız da o qədər şöhrət tapmışdı və böyük sahədə becərilirdi. Məsələn, ötən əsrin 70-ci illərində Azərbaycanda pambıq istehsalı ildə 1 milyonu ötmüş, 1981-ci ildə isə hətta 1 milyon 15 min tona çatmışdı.

Lakin 90-cı illərdən başlayaraq pambıq istehsalında kəskin azalma baş verdi. Bunun səbəblərindən biri pambığın dünya bazarındakı qiymətinin aşağı düşməsi idi. Pambıq istehsalındakı azalma həm də postsovet dövründə baş vermiş mülkiyyət dəyişikliyi ilə bağlı idi. Çünki böyük sahələri əhatə edən torpaqları nəzarətdə saxlayan iri kolxozsovxozlar ləğv edildiyindən xırda torpaq payçıları üçün pambıq əkmək o qədər də sərfəli olmadı. Həm də torpaqlar kəndlilərə verildikdən, kolxozsovxozlar dağıldıqdan sonra pambıq əkinində də sərbəstlik yarandı. Beləliklə, bir vaxtlar respublikamıza külli miqdarda vəsait gətirən, əhalinin dolanışıq, gəlir mənbəyinə çevrilən “ qızıl” istehsalı tədricən minimum səviyyəyə endi.

Son onillikdə Azərbaycanda kənd təsərrüfatının müxtəlif istiqamətlərində, xüsusən meyvəçilikdə, tərəvəzçilikdə, bitkiçilikdə, heyvandarlıqda məhsul artımı əhəmiyyətli dərəcədə yüksəlib. Lakin kənd təsərrüfatında çalışanlara dövlət tərəfindən subsidiyaların verilməsinə, müəyyən stimullaşdırıcı tədbirlərə rəğmən ölkəmizdə bu qiymətli texniki bitkinin becərilməsinə maraq artmırdı. Ona görə 2015-ci ilədək olan statistika bir çox təsərrüfat sahələrindən fərqli olaraq pambıqçılıqla bağlı vəziyyətin heç də ürəkaçan olmadığını göstərirdi. Böyük potensialın olmasına baxmayaraq, 2015-ci ildə 18 min hektar sahədən cəmi 35 min ton pambıq yığılmışdı.

 

İtkiyə getməyən məhsul

 

Pambıq dünyada strateji əhəmiyyətli məhsuldur, ondan heç bir tullantı əmələ gəlmir. Dünya toxuculuq sənayesi üçün lazım olan lifin təxminən 50 faizi pambıqdan alınır. 100 kiloqram xam pambıqdan orta hesabla 30-35 faiz lif alınır. Lifdən müxtəlif parçaların toxunmasında işlədilən iplik hazırlanır. Pambıqdan olan paltarlar insan sağlamlığı üçün önəmlidir. Günəş enerjisini özünə çəkir, bədənin havalanmasını təmin edir.

Pambıq təkcə yüngül sənayedə tətbiq edilmir. Belə ki, lifdən həmçinin avtomobil təkəri, torlar və kəmərlər üçün kordlarsair istehsalında istifadə edilir. O cümlədən, səhiyyədə pambıqdan geniş istifadə olunur. Bu gün Azərbaycan müharibə şəraitində yaşayan ölkədir, respublikamızda müdafiə sənayesi inkişaf edir. Buna görə də barıta daha çox ehtiyac var. Barıtın əsas xammalı isə pambıqdır.

Bu məhsulun çiyidindən isə yağ çəkirlər. Bu yağ qidalanmada istifadə olunur. Çiyiddən marqarin, qliserin, sabun, stearin, sürtkü yağları hazırlanır, tullantısı sellüloz, spirt, lak, linoleum, karton, kino plyonkası, izolyasiya materialları istehsalında istifadə olunur. Yağı çəkilən çiyidi isə mal-qaranın yeminə qatırlar. Bu da qaramalın südündə yağlılıq dərəcəsini artırır. Pambığın kollarından mebel sənayesində istifadə olunur.

Bütün bunlar bir daha təsdiq edir ki, pambıqçılıq dərəcədə gərəkli strateji əhəmiyyətli, eləcə əməktutumlu iqtisadi cəhətdən səmərəli istehsal sahəsidir. Pambığa dünya bazarında həmişə tələbat olub bu gün böyük ehtiyac var. Ona görə pambıq məhsulunu xarici bazarlarda satmaq üçün heç bir problem yoxdur. Azərbaycanın mövcud imkanları isə ölkədə pambığın əvvəlki şöhrətini qaytarmağın mümkün olduğunu göstərir. Birincisi, təbiətimiz imkan verir ki, pambıqçılıq sahəsini dirçəldək. Çünki pambıq üçün gərək yaxşı aran torpaqları günəş enerjisi olsun ki, bunlar da ölkədə var. Ən əsası isə son illər Azərbaycanda yeni su mənbələri yaradılıb. Azərbaycanın gələcək inkişafı üçün əvəzolunmaz nəhəng infrastruktur layihələri olan su elektrik stansiyaları ilə birlikdə Taxtakörpü Şəmkirçay su anbarlarının, Vəlvələçay-Taxtakörpü Taxtakörpü-Ceyranbatan kanallarının, Baş Mil-Muğan kollektorunun tikintisi digər iri layihələr qısa müddət ərzində başa çatdırılıb. Bunun nəticəsində əkin üçün yeni torpaqlar dövriyyəyə buraxılıb.

Həmçinin son illər digər meliorativ tədbirlər həyata keçirilib. Minlərlə kilometr suvarma kanalları tikilib, kollektor-drenaj şəbəkələr bərpa olunub. Bunun da nəticəsində suvarılan torpaqların su təminatı meliorativ vəziyyəti yaxşılaşdırılıb.

 

İki ilə 6 dəfə artım

 

Bütün bunları nəzərə alaraq hələ iki il əvvəl - Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında pambıqçılıqla bağlı qarşıya mühüm vəzifələr qoyuldu. Həmin il keçirilən respublika müşavirələrindən biri məhz pambıqçılığa həsr olunmuşdu. Bu sahənin inkişafına göstərilən diqqətin məntiqi nəticəsi olaraq həyata keçirilən stimullaşdırma tədbirləri pambıq istehsalının təşviqinə yol açdığından 2016-cı ildə 2015-ci illə müqayisədə təxminən 3 dəfə çox, yəni 51,4 min hektar sahədə pambıq əkildi tarlalardan 90 min tona yaxın məhsul yığıldı. İslahatların ilkin dövrü üçün bu böyük irəliləyiş idi.

2017-ci il pambıqçılığın inkişafında xüsusilə mühüm mərhələ oldu. Belə ki, ötən il pambıq əkini aparılan sahələr 2015-ci ilə nisbətən 7,5 dəfə, 2016-cı ilə nisbətən isə 2,6 dəfə çox idi. Saatlıda keçirilən pambıqçılıqla bağlı növbəti respublika müşavirəsi bir daha kənd təsərrüfatının bu sahəsinin xüsusi diqqət mərkəzində olduğunu göstərirdi. Ötən ilin iyul ayında təsdiq olunanAzərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramıisə pambıqçılığın inkişafında yeni mərhələnin əsasını qoydu. Beləliklə, yüksək dövlət dəstəyinin həyata keçirilən yüksək stimullaşdırıcı tədbirlər nəticəsində ötən il ölkəmizdə 207 min ton pambıq yığıldı. Bu, 2015-ci ildəkindən altı dəfə çoxdur.

Pambıqçılıqla bağlı növbəti respublika müşavirəsi martın 26-da Bərdə rayonunda keçirildi. Müşavirədə səslənən fikirlər pambıqçılığın inkişafı ilə bağlı dövlət siyasətinin qədər çoxşaxəli düşünülmüş olduğunu göstərir. Belə ki, təkcə ötən il 10 minə yaxın kənd təsərrüfatı texnikası alınıbsa, bunun 5700-ü pambıqçılığı əhatə edib. Dövlət həmçinin gübrələrin satınalmasının 70 faizinin pulunu öz üzərinə götürüb. Eyni zamanda pambığın satınalma qiyməti tədricən artırılıb.

Bu il 22 rayonda pambıq əkiləcək. İl ərzində pambıqçılıq üçün 3 mindən çox yeni texnika alınacaq. Həmçinin pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 100-110 manat artırılması qərara alınıb.

Təbii ki, bütün bunların nəticəsi olaraq məhsuldarlığın artırılması fermerlər qarşısında duran əsas məsələlərdən biri olmalıdır. Müşavirədə bu məsələ problem kimi diqqətə çatdırıldı. Belə ki, keçən il orta məhsuldarlıq 15,2 sentner təşkil edib. Mövcud imkanlar isə hər hektardan daha çox məhsul götürməyə imkan verir. Qeyd edək ki, dövlət proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur. Pambığa dünya bazarında həmişə tələbat olub bu gün böyük ehtiyac var. Pambıq məhsulunu xarici bazarlara çıxarmaq üçün isə heç bir problem yoxdur. Dövlət artıq bu məhsulun istehsalının artırılmasına dəstək verilməsini, hər mərhələdə torpaq sahiblərinə kömək göstərilməsini öz üzərinə götürüb. Real mənzərə ondan ibarətdir ki, Azərbaycan növbəti illərdə pambıq istehsalına görə qarşıya qoyulan hədəfləri uğurla dəf edəcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 10 aprel.- S.1.