“Heydər
Əliyev: multikulturalizm
və tolerantlıq ideologiyası”
Azərbaycan Dillər
Universitetində I Beynəlxalq
elmi konfrans işinə başlayıb
Aprelin 9-da Azərbaycan
Dillər Universitetinin
(ADU) Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
(BBMM) dəstəyi ilə
təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda
I Beynəlxalq elmi konfransın açılış
mərasimi keçirilib.
Azərbaycanda multikulturalizm və tolerantlıq ideologiyasının
dövlət siyasəti
səviyyəsinə yüksəldiyini
bildirən ADU-nun rektoru
akademik K.Abdulla respublikada bu sahədə görülən
işlərdən danışıb. Rektor qeyd
edib ki, ADU-nun tarixində ilk dəfə
gerçəkləşən belə bir mötəbər
konfransın məqsədi
ümummilli lider Heydər Əliyevin multikulturalizm sahəsində
gördüyü işlərin
təbliğ edilməsidir.
K.Abdulla 9 aprel -
5 may tarixlərini əhatə
edəcək konfransın
plenar və yekun iclaslarının Azərbaycan Dillər Universitetində, bölmə
iclaslarının isə
müxtəlif ölkələrin
müvafiq qabaqcıl universitetlərinin bazalarında
keçiriləcəyini diqqətə
çatdırıb. Bölmələr
Rusiyanın Boris Yeltsin adına
Ural Federal Universiteti, Moskva
Dövlət Linqvistika
Universiteti, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialı,
A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda, Ukraynanın Kiyev Milli Linqvistika Universiteti, Türkiyənin
Ərzurum və Ərciyəs universitetləri,
İtaliyanın Kassino
Cənubi Latsio Universiteti, (Sülh və Təhlükəsizlik
Fondu, Üçüncü
Roma Universiteti, Genuya Universiteti, Link Kampus Universiteti, Nim Universiteti (Fransa), Beynəlxalq Menecment Universiteti (Moldova) iştirakı
ilə), Gürcüstanın
Tbilisi Dövlət Universiteti
(Batumi, Kutaisi, Qori, Telavi
universitetləri, Gürcüstan
EA müvafiq institutları
və “Bilik” cəmiyyətinin iştirakı
ilə), Çin Xalq Respublikasının Xucjou Universiteti, Belarusun Minsk Dövlət Linqvistik Universiteti, Serbiyanın Belqrad Universiteti və Almaniyanın Ausburq Universitetində keçiriləcək.
Adıkeçən xarici universitetlərlə
danışıqlar aparıldığını
və birgə fəaliyyət proqramının
hazırlandığını söyləyən rektor vurğulayıb ki, hər bölmədə Azərbaycan alimlərinin və Bakıda yekun plenar iclasda
xarici universitet rektorlarının, nümayəndələrinin
iştirakı nəzərdə
tutulub. Rektorun sözlərinə görə, bu proyekt öz unikallığı ilə
həm universitetlərarası
münasibətlərin formalaşmasına,
həm ulu öndərin ideyalarının
Avropa və Asiyada bir daha
yayılmasına, həm
də azərbaycançılıq
ideologiyasının yeni
formatda inkişafına
təkan verəcək.
Mərasimdə çıxış
edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası
münasibətlər, multikulturalizm
və dini məsələlər şöbəsinin
müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli, təhsil
nazirinin müavini Firudin Qurbanov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
icraçı direktor
əvəzi Rəvan Həsənov, Nəsimi
Rayon İcra Hakimiyyətinin
başçısı Asif
Əsgərov, Hindistanın
Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri Sancay Rana Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərləri,
ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının
digər millətlərlə
birgə yaşayışının
təmin edilməsi, millətlərarası münasibətlərin
tənzimlənməsi yönündə
oynadığı vacib
rolundan söz açıblar. Konfransın bu dəyərlərin
genişmiqyaslı vüsət
alması istiqamətində
mühüm əhəmiyyətə
malik olduğunu qeyd edən qonaqlar konfrans haqqında dəyərli fikirlərini bölüşüb
və uğurlar arzulayıblar.
Konfransın bölmə iclaslarının
keçiriləcəyi universitetlərin
rəhbərlərinin yazılı
təbrikləri də
qonaqların diqqətinə
çatdırılıb.
Sonda ümummilli liderin həyat və fəaliyyətindən bəhs
edən videoçarx nümayiş olunub.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2018.- 10 aprel.- S.7.