İlk təbrik
Ərdoğandan gəldi
Aprelin 11-də Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı
qələbəsi münasibətilə
təbrik edib, Azərbaycan xalqının
rifahı naminə prezidentlik fəaliyyətində
ona yeni uğurlar arzulayıb.
Dövlətimizin başçısı göstərilən
diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz
arasında dostluq və qardaşlıq münasibətlərinin bütün
sahələrdə bundan
sonra da inkişaf edəcəyinə
əminliklərini ifadə
ediblər.
Azərbaycan.- 2018.-12 aprel- S.3.