İlham Əliyev seçicilərin 86 faizinin
səsini qazanıb
Aprelin 11-də Mərkəzi
Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident
seçkilərinin ilkin yekun nəticələri ilə
bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov 5641 seçki məntəqəsində prezident seçkiləri ilə əlaqədar səsvermə keçirildiyini bildirib. O deyib ki, seçki məntəqələrinin 92 faizindən çoxundan – 5201-dən səsvermənin nəticələrinə dair məlumatlar Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə daxil olub. Həmin məlumatlar araşdırılarkən 3 milyon 712 min 120 səs etibarlı sayılıb. Bu səslər namizədlər arasında aşağıdakı kimi bölünüb:
Əliyev İlham
Heydər oğlu – 3 milyon 192 min 522 səs (86 faiz);
Əlizadə Araz Məmməd-Mübariz oğlu
– 51 min 738 səs (1,39 faiz);
Hacıyev Hafiz Ələmdar
oğlu – 56 min 153 səs
(1,51 faiz);
Həsənquliyev Qüdrət
Müzəffər oğlu
– 112 min 915 səs (3,04
faiz);
Quliyev Fərəc
İbrahim oğlu – 43
min 546 səs (1,18 faiz);
Məmmədov Sərdar
Cəlal oğlu – 112
min 78 səs (3,02 faiz);
Nurullayev Razi Qulaməli oğlu – 27 min
706 səs (0,75 faiz);
Oruc Zahid Məhərrəm oğlu
– 115 min 462 səs (3,11
faiz).
Beləliklə, etibarlı səslərin
86 faizini qazanan İlham Heydər oğlu Əliyev prezident seçkilərində
böyük üstünlüklə
liderlik edir.
MSK sədri deyib ki, hələlik
çox az
məntəqədən məlumatlar
alınmayıb. Bunlar əsasən
ölkəmizin hüdudlarından
kənarda fəaliyyət
göstərən məntəqələrdir.
Ölkə daxilində bəzi
köçkün seçiciləri
əhatə edən məntəqələrdən məlumatların
seçki dairələrinə
çatdırılması ilə bağlı müəyyən problem yarandığına
görə həmin məlumatlar gecikir. Səhər saatlarında məntəqələrin
100 faizindən alınan
nəticələr ictimaiyyətə
çatdırılacaq.
Səsvermənin çox sakit, Azərbaycan seçicilərinin
konstitusion hüquqlarını
reallaşdırmaq üçün
bütün standartlara
cavab verən şəraitdə keçirildiyini
bildirən Məzahir Pənahov qeyd edib ki, səsvermə
zamanı heç bir xoşagəlməz hala yol verilmədi. Bu, Azərbaycan ictimaiyyətinin
seçki mədəniyyətinin
kifayət qədər
yüksək olmasının
göstəricisidir. Baxmayaraq ki,
seçkilərdə 6 siyasi
partiyanın namizədləri,
ümumilikdə, 8 namizəd
mübarizə aparırdı.
Bütün proseslər qanunvericiliyin
tələbinə uyğun
həyata keçdi.
Məntəqə, dairə seçki
komissiyaları öz vəzifələrinin öhdəsindən
çox yüksək
səviyyədə gəldilər.
Gün ərzində təhlükəsizliyin
təmin edilməsi baxımından da heç bir problem yaşanmadı. Azərbaycan polisi
öz fəaliyyətini
Seçki Məcəlləsinin
tələbinə uyğun
qurduğu üçün
bununla bağlı Mərkəzi Seçki Komissiyasına heç bir narazılıq daxil olmadı.
Müvafiq dövlət qurumlarının
seçkilərin hazırlanmasında
Mərkəzi Seçki
Komissiyası ilə əməkdaşlığını qeyd edən Məzahir Pənahov onlara minnətdarlığını
bildirib. O, həmçinin
deyib ki, həm komissiyalar, həm çoxsaylı müşahidəçilər, həm də namizədlərin səlahiyyətli
nümayəndələri qanunvericiliyin
tələbinə riayət
etdilər. Kütləvi informasiya vasitələri
də öz növbəsində gün
ərzində ölkənin
bütün bölgələrindən
seçki prosesi ilə bağlı ətraflı, operativ məlumatlar yaydılar.
Sonra MSK sədri jurnalistlərin suallarını cavablandırıb.
Azərbaycan.- 2018.-12 aprel-
S.4.