Prezident seçkilərinin
azad, demokratik və şəffaf şəraitdə keçirilməsi
üçün hər
cür şərait yaradılmışdı
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 12-də Mərkəzçi
Demokratlar İnternasionalının
vitse-prezidenti Mario Davidi
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, Azərbaycanda keçirilən
prezident seçkilərində
müşahidəçi kimi
iştiraklarından məmnun
qaldıqlarını deyən
Mario David dünən bir
neçə seçki
məntəqəsində səsvermə
prosesini izlədiklərini
bildirərək seçkilərin
yaxşı təşkil
olunduğunu, seçicilərin
səsvermədə fəal
iştirak etdiklərini
vurğuladı.
Prezident İlham Əliyev ölkəmizdə seçkilərin
azad, demokratik və şəffaf şəraitdə keçirilməsi
üçün hər
cür şəraitin
yaradıldığını qeyd etdi.
Azərbaycan. - 2018.- 13 aprel.- S. 6.