Azərbaycan ilə Çexiya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

 

Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonkanın diplomatik fəaliyyəti başa çatır. Xarici işlər naziri Elmar Məmmədyarov bununla əlaqədar səfirlə görüş keçirib.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Çexiya arasında ikitərəfli münasibətlərin hazırkı durumu, son illər əldə edilmiş uğurlar və əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

V.Pivonka diplomatik fəaliyyəti ərzində ikitərəfli münasibətlərin daha da irəlilədilməsi məqsədilə səylərini əsirgəmədiyini bildiribbu istiqamətdəki təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Azərbaycanı çox sevdiyini və ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

E.Məmmədyarov fəaliyyəti müddətində V.Pivonkanın dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirərək səfirə təşəkkür edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

 

Azərbaycan.- 2018.- 13 aprel.- S.5.