Ukrayna və Belarusun aparıcı
KİV-ləri İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsindən
yazır
Ukrayna və Belarusun aparıcı kütləvi informasiya vasitələri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, Belarusun BELTA Dövlət İnformasiya Agentliyi, “Sovetskaya Belorussiya” qəzeti və saytı, Ukraynanın Ukrinform, UNİAN informasiya agentlikləri, bu ölkələrin bir sıra qəzet və portalları Azərbaycan Prezidenti İlham Əliyevin yenidən bu vəzifəyə seçilməsi barədə çoxsaylı informasiya və reportajlar yayımlayıblar.
Məqalələrdə qeyd olunur ki, ilkin nəticələrə görə, İlham Əliyev seçkilərdə böyük səs üstünlüyü ilə qalib gələrək, seçicilərin 86 faizinin səsini toplayıb. Onun ən yaxın rəqibi isə yalnız 3 faizdən bir qədər çox səs yığa bilib.
Eyni zamanda, “exit-poll” aparan beynəlxalq şirkətlərin sorğusunda da İlham Əliyevin böyük səs fərqi ilə qələbə qazandığının əksini tapdığı vurğulanır.
Azərbaycan.- 2018.-13 aprel- S.10.