Xalq yenidən “İlhamla irəli”ləməyə qərar verdi

 

Azərbaycan xalqı növbəti prezident seçkilərinə yüksək əhvali-ruhiyyə ilə gəldi və yekdilliklə öz iradəsini nümayiş etdirdi. Xalq yenə də müdrikliklə, uzaqgörənliklə seçim etdi. Bundan sonra daİlhamla irəli”ləməyə qərar verdi. Cənab İlham Əliyevi yenidən özünə rəhbər, lider - Prezident seçdi.

Azərbaycan heç vaxt indiki kimi güclü olmayıb və bu, bilavasitə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın bu gücü onun Prezidentinin və xalqının birliyindədir.

Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə böyük nailiyyətlər əldə edib. Ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada uğurlar qazanılmasın, irəliləyişlərə nail olunmasın.

Prezident İlham Əliyevin apardığı genişmiqyaslı sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın bölgələri yaxşı mənada tanınmaz olub. Şəhər və rayonlarımızda, kənd və qəsəbələrimizdə XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərindən qalan problemlərin hamısı çözülüb. Ulu öndər Heydər Əliyevin siyasi kursunu, ənənələrini uğurla davam etdirərək və onları günün tələbləri baxımından daha da inkişaf etdirərək Prezident İlham Əliyev Azərbaycana yeni, gözəl, firavan bir həyat bəxş edib. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına yönəldilmiş iki dövlət proqramı müvəffəqiyyətlə yerinə yetirilib. Artıq üçüncü proqramın sonuncu illərinin vəzifələri həyata keçirilir.

Bu gün ölkədə elektrik enerjisi ilə bağlı zərrə qədər də problem yoxdur. Nəinki ən ucqar kəndlər, hətta ən uzaq yaylaq və qışlaqlardakı çoban alaçıqları da işığa qərq olub. İndi Azərbaycan elektrik enerjisi ixrac edir. Halbuki çox yaxın keçmişdə işlətdiyi işığın bir hissəsini xaricdən almalı olurdu.

Bu gün qaz xətləri dağların qoynunda yerləşən kəndlərədək çatıb. Heç sovet dönəminin ən inkişaflı illərində belə qaz almayan yaşayış məntəqələrindəki evlərdə indi mavi alov şölələnir. Ölkədə qazlaşdırmanın səviyyəsi 93 faizi ötürilin sonunadək 95 faizə çatdırılacaq.

Bütün bölgələrdə sukanalizasiya sistemləri yenidən qurulub, yaxud bu istiqamətdə işlər davam etdirilir.

Yüzlərlə yeni müəssisə istifadəyə verilib. 1 milyon 400 mindən çox yeni yeri açılıb. Bu isə xalqın dolanışığı, güzəranı deməkdir. Təsadüfi deyil ki, ölkədə işsizlikyoxsulluq minimum səviyyəyə enib.

Azərbaycanın qazandığı nailiyyətlər ən mötəbər beynəlxalq qurumlar tərəfindən qeyd olunur.

Başqa sözlə, Azərbaycan dünyada sayılıb-seçilən, nüfuzu olan bir ölkəyə çevrilib. Bu da təsadüfi deyil. Çünki cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin yeni neft strategiyasını uğurla davam etdirərək neçə-neçə yeni qlobal layihəyə imza atıb. Son 15 ildə üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri istifadəyə verilib. Onun ardınca “Şahdəniz” qazını ixrac edən Bakı-Tbilisi-Ərzurum kəməri çəkilib. Azərbaycan qısa müddət ərzində özünü həm də qaz ixrac edən ölkə kimi təsdiqləyib. Bu gün isə ölkəmiz Avropanın enerji xəritəsini dəyişəcək “Cənub qaz dəhlizi” kimi nəhəng bir layihəyə liderlik edir. Bu layihə Azərbaycanın təşəbbüsü və yaxın iştirakı ilə həyata keçirilir. Cari ildə “Cənub qaz dəhlizi”nin dörd seqmentindən üçü artıq işə düşəcək. Bu isə o deməkdir ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına aparan yollar getdikcə şaxələnir.

Lakin Azərbaycanda inkişaf edən təkcə neft-qaz sektoru deyil. Prezident İlham Əliyev neft kapitalını insan kapitalına çevirə bilmişdir. Neft layihələrindən əldə olunan gəlirlər iqtisadiyyatın digər sahələrinin inkişafına, təhsilə, səhiyyəyə, idmana, genişmiqyaslı sosial infrastrukturun yaradılmasına yönəldilmişdir.

Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə çox uğurlu addım ataraq iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq üçün qeyri-neft sektorunun inkişafını təmin etmişdir. İndi Azərbaycanda qeyri-neft sənayesi, turizm, kənd təsərrüfatı və digər sahələr sürətlə inkişaf edir. Ölkənin iri şəhərlərində, eləcə də rayonlarında sənaye parkları, sənaye məhəllələri yaradılır.

Aqrar sahə dinamik inkişaf yolundadır. Prezident İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrindən olan pambıqçılığın keçmiş şöhrətini qaytarmışdır. Bu sahənin inkişafı üçün çoxsaylı əməli tədbirlər görülmüşdür. Odur ki, Azərbaycan kəndində həyat, necə deyərlər, bulaq kimi qaynayır. Azərbaycan kəndlisi pambıq əkir, yeni üzüm bağları salır, tütün becərir, barama bəsləyir... Bunlara müvafiq olaraq sənaye inkişaf edir. Nəticədə bir çox məhsullarla özümüzü nəinki təmin edirik, hətta onları xaricə göndəririk. Yəni Azərbaycanın ixrac potensialı da ildən-ilə artır. “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına onlarca məhsul çıxır.

Azərbaycana dünyanın marağı getdikcə artır. Son dövrlərdə ölkəmizə çoxsaylı turist axını müşahidə edilir. Bu da Azərbaycandakı sabitlikdən inkişafdan xəbər verən tutarlı faktlardan biridir.

Uğurlarımız çoxdur. Bunların sırasında birinin xüsusi önəmi var. Bu, illərdir işğal altında olan torpaqlarımızın bir hissəsinin geriyə alınması, iki il əvvəl yaşadığımız zəfərli aprel günləridir, Lələtəpədə yüksələn Azərbaycan bayrağıdır.

İndi Cocuq Mərcanlı da yağı düşmənə bir göz dağı olub. Burada qısa müddətdə həyat yenidən canlanıb. Tikilən onlarca evdə çıraq yanır, qazan qaynayır, kənd yolları ilə uşaqlar məktəbə gedir. Doğma obaya qayıdan yaşlı çocuq mərcanlılar burada inşa edilmiş Şuşa məscidinin analoqu olan məsciddə dualar edib, Böyük Qayıdışımızın davamlı olmasını diləyirlər...

Azərbaycanın uğurları gündən-günə artır. Ölkədə yeni yollar çəkilir, körpülər salınır, müəssisələr açılır, məktəblər tikilir. Həm iri, həm sosial infrastruktur layihələri həyata keçirilir. Ötən aylarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin sevincini yaşadıq. İndi Astara-Rəşt dəmir yolu çəkilir. Ələt Dəniz Ticarət Limanının tikintisi sona yaxınlaşır. 15 il əvvəl cəmi bir aeroportu olan ölkənin indi altısı beynəlxalq biri yerli olmaqla yeddi aeroportu var. Bəli, bu gün Azərbaycandan dünyanın istənilən yerinə uçuşlar etmək mümkündür!

Azərbaycan xalqı bunlara İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə nail olub aydın görür ki, bu inkişaf, bu irəliləyiş davamlıdır. Ona görə aprelin 11-də seçki məntəqələrinə gələn insanların 86,03 faizi indiyədək göstərilən etimadı tam doğrultmuş Prezidentinə, inandığı rəhbərinə səs verdi.

Üç əsrin şahidi olan qoca seçki bülletenini qutuya atarkənHeç vaxt haqqı nahaqa verməmişəm. İndi xalqı düşünən, xalqın qeydinə qalan Prezidenti seçirəm”, - dedi.

Seçki məntəqəsinə iki körpəsinin əlindən tutub gələn anaİlham Əliyevə səs verməklə Azərbaycanın daha xoşbəxt, daha işıqlı sabahına səs verirəmsöylədi.

Seçicilər sırasındakı bir zabit bildirdi ki, mən İlham Əliyevə daha böyük qələbələr naminə səs verirəm.

Seçki məntəqələrinə gələnlər arasında ahıl insanlar, ilk dəfə səs verən gənclər, toyu həmin günə təsadüf edən cütlüklər, ziyalılar, əmək adamları, mədəniyyət, ədəbiyyat, incəsənət nümayəndələri, alimlər vardı.

Bir sözlə, xalq yenidənİlhamla irəli”ləməyə qərar verdi. Xalq yenidən İlham Əliyevi seçdi.

 

Flora SADIQLI

 

Azərbaycan. - 2018.-13 aprel- S.1; 8.