Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan vətəndaşları tərəfindən Sizə yenidən yüksək etimad göstərilməsi sübut edir ki, onlar Sizin ideyalarınızın gücünə və Azərbaycanın gələcək tərəqqisi barədə Zati-alinizin fikirlərinə dərindən inanırlar. Əminəm ki, xalqın etimadı onun uğur yolu ilə aparılmasını davam etdirmək üçün Sizin polad iradənizi daha da möhkəmləndirəcək.

Şadam ki, tezliklə yenidən Sizin ölkənizə gələcəyəm və həm mənim bundan əvvəlki səfərim, həm də başqa tədbirlər zamanı apardığımız məzmunlu söhbətləri davam etdirəcəyik. Çünki biz dövlətlərin beynəlxalq hüquq tərəfindən tanınmış suverenlik və ərazi bütövlüyü prinsiplərinə ciddi riayət edilməklə Serbiya ilə Azərbaycan arasında ənənəvi dostluqstrateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün birgə səylərimizi davam etdirmək arzusunda və əzmindəyik.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, bir daha Sizə ən səmimi ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Aleksandr Vuçiç

Serbiya Respublikasının Prezidenti

 

Azərbaycan.- 2018.- 13 aprel.- S.8.