Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

 Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Səsvermənin nəticələri seçicilərin ardıcıl surətdə həyata keçirilən güclüfiravanlaşan Azərbaycan quruculuğuna yönəlmiş kurs ilə yüksək həmrəyliyini təsdiq etdi.

Əminəm ki, dövlət başçısı kimi məsul vəzifədə fəaliyyətiniz ölkənizin iqtisadi qüdrətinin və onun beynəlxalq nüfuzunun daha da möhkəmlənməsini təmin edəcək, Belarus-Azərbaycan dostluq münasibətlərinin hərtərəfli inkişafına şərait yaradacaq.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji və nəzərdə tutduğunuz planların həyata keçirilməsində uğurlar arzu edirəm.

Hörmətlə,

 

Aleksandr Lukaşenko

Belarus Respublikasının Prezidenti

 

Azərbaycan.- 2018.- 13 aprel.- S.8.