Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Aprelin 11-də keçirilən seçkilərin müvəffəqiyyətlə başa çatması və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə Azərbaycan Respublikası arasında məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə dərin inamımı bildirmək istəyirəm.
Əmin ola bilərsiniz ki, bu il 25 illiyini qeyd etdiyimiz beynəlxalq TÜRKSOY təşkilatı bundan sonra da üzv ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ümumtürk mədəniyyətinin dünyada tanıdılması istiqamətində aparılan bütün işlərdə daim Azərbaycanın yanında olacaqdır.
TÜRKSOY-a yüksək diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi və bütün Azərbaycan xalqını bir daha təbrik edir, möhkəm cansağlığı, sülh və əmin-amanlıq arzulayıram.
Ən dərin hörmət və ehtiramla,
Düsen Kaseinov
TÜRKSOY-un baş katibi
Azərbaycan.- 2018.- 13 aprel.-
S.8.