Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Əziz İlham Heydər oğlu.
Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərin nəticələri göstərir ki, Azərbaycan xalqı ölkənin inkişafına Sizin çox böyük şəxsi töhfənizi layiqincə qiymətləndirir, təklif etdiyiniz, müstəqil demokratik dövlət quruculuğunda nəzərəçarpacaq nəticələr əldə edilməsinə yönəlmiş gələcək siyasi və sosial-iqtisadi dəyişikliklər proqramını dəstəkləyir. Sizin yürütdüyünüz konstruktiv, sülhsevər xarici siyasət kursu ilə həmrəy olduğumu bildirirəm.
Siz əsası Azərbaycan xalqının ümummilli lideri, Sizin dahi atanız – müasir Azərbaycan dövlətinin əsaslarının formalaşması, Rusiya ilə ənənəvi dostluq, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlığın təməlinin möhkəmlənməsi üçün çox işlər görmüş Heydər Əliyev tərəfindən qoyulmuş dövlət idarəçiliyi ənənələrini və qaydalarını ləyaqətlə davam etdirirsiniz. Əsla şübhə yoxdur ki, Siz atanızın irəliyə yol açan bayrağını bundan sonra da qürurla və şərəflə daşıyacaq, Vətənin mənafeyi naminə öz borcunuzu yerinə yetirəcək, yeni sanballı nailiyyətlər qazanacaqsınız. Bu gün ölkələrimizin xalqlarının mənafeləri həmişəkindən daha artıq dərəcədə üst-üstə düşür, bizim aramızda dostluğun və ənənəvi tərəfdaşlığın daha da möhkəmlənməsi üçün yeni əlverişli strateji imkanlar yaranır. Bizim aramızda yaranmış qarşılıqlı anlaşmanı və etimadı yüksək qiymətləndirirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə, səmimi ailənizə və Zati-alinizin şəxsində bütün əməksevər Azərbaycan xalqına möhkəm cansağlığı, firavanlıq, uğurlar, sülh, tərəqqi diləyir və ən xoş arzularımı bildirirəm.
Səmimiyyətlə, Sizin
Leonid Slutski
Rusiya Federasiyası Dövlət Dumasının
Beynəlxalq
məsələlər komitəsinin sədri
Azərbaycan.-
2018.- 13 aprel.- S.8.