Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilməyiniz münasibətilə
Sizə İordaniya Haşimilər Krallığının
xalqı və hökuməti adından ən səmimi təbriklərimi
və arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi qeyd olundu. İordaniya Haşimilər Krallığı Azərbaycanla tarixi köklərə bağlanan dostluq münasibətlərini, Sizin müdrik rəhbərliyiniz ilə bu əlaqələri xalqlarımızın ümumi maraqlarına və İslam ümmətinin ortaq dəyələrinə xidmət etmək üçün əsas amalımız olan regional və qlobal sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq istiqamətində inkişaf etdirməyi bir daha bəyan edir.
Zati-aliləri, Sizə uğurlarınızın davamlı olmasını, dost Azərbaycan xalqına isə bundan sonra da firavanlıq və rifah şəraitində yaşamağı arzulayıram.
II Abdullah ibn Al Hüseyn
İordaniyanın Kralı
Azərbaycan.-
2018.- 14 aprel.- S.2.