Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Prezident seçkilərində inamlı
qələbəniz münasibətilə
Sizə Moldova Respublikasının
xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırır,
qarşıya qoyduğunuz
məqsədlərə nail olmaq yolunda böyük
uğurlar və əzmkarlıq arzulayıram.
Sizi yenidən dövlət başçısı vəzifəsinə
seçməklə Azərbaycan
xalqı Zati-alinizə
olan etimadını göstərdi, ölkənin
inkişafı, cəmiyyətdə
sabitlik və həmrəylik, xalqın tərəqqisi və rifahının yüksəlməsi
naminə seçdiyiniz
yolu tam dəstəklədiyini
nümayiş etdirdi.
Əminəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında konstruktiv dialoq və sıx əməkdaşlıq bundan
sonra da ölkələrimizin münasibətlərinin
möhkəmlənməsinə kömək edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı,
yeni nailiyyətlər
arzulayır və bir daha dərin
hörmətimi ifadə
edirəm.
Hörmətlə,
İqor Dodon
Moldova Respublikasının Prezidenti
Azərbaycan.- 2018.- 14 aprel.-
S.2.