Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının
Prezidenti seçilməyiniz münasibətilə ən səmimi
təbriklərimizi qəbul edin.
Əminik ki, bu qələbə
möhtəşəm mədəni irsə sahib olan,
dünyaya Nizami Gəncəvi kimi dahi bir mütəfəkkir bəxş
edən və bizə çox doğma olan Azərbaycanda
demokratik institutların, dünyəviliyin və vətəndaş
azadlıqlarının daha da möhkəmləndirilməsinə
təkan verəcək.
Sizə möhkəm cansağlığı və davamlı uğurlar, Azərbaycan xalqına isə bundan sonra da tərəqqi və firavanlıq şəraitində yaşamağı arzu edirik. Zati-aliləri, ən dərin ehtiramımızı qəbul edin.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dünya müstəvisində daha da yaxşı tanıtmaq istiqamətində səylərimizə sadiq qaldığımızı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nizami Gəncəvinin irsinə layiq olduğunu təmin etmək üçün əlavə mədəni tədbirlər keçirmək niyyətində olduğumuzu bəyan etməkdən məmnunuq. Bütün bunlar Sizin davamlı dəstəyiniz sayəsində mümkün ola bilər. Biz əminik ki, Siz Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dünyada təhsil, elm və beynəlxalq dialoqu təşviq edən və Azərbaycanın mədəni irsini dünya miqyasında daha yaxşı tanıdan bir qlobal mərkəz kimi davamlı inkişaf etməsini görməyə şad olacaqsınız.
Zati-aliləri, icazə verin, hamımızın adından Sizə dərin minnətdarlığımızı bildirək. Sizə cansağlığı və uğurlarınızın davamlı olmasını, Azərbaycan xalqına isə bundan sonra da tərəqqi və firavanlıq şəraitində yaşamağı arzu edirik.
Hörmətlə,
Vayra Vike-Freyberqa
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti
İsmail Seragəldin
Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin
həmsədri,
Dünya Bankının
vitse-prezidenti
Boris Tadiç
2004-2012-ci illərdə Serbiyanın
Prezidenti
Tarya Halonen
2000-2012-ci illərdə Finlandiyanın
Prezidenti
İvo Yosipoviç
2010-2015-ci illərdə Xorvatiyanın
Prezidenti
Petar Stoyanov
1997-2002-ci illərdə Bolqarıstanın
Prezidenti
Əmr Musa
2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının
baş katibi
Emil Konstantinesku
1996-2000-ci illərdə Rumıniyanın
Prezidenti
Rosen Plevneliyev
2012-2017-ci illərdə Bolqarıstanın
Prezidenti
Eka Tkeşelaşvili
2010-2012-ci illərdə Gürcüstanın
Baş nazirinin müavini
Zlatko Laqumdziya
2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri
Katerina Yuşşenko
2005-2010-cu illərdə Ukraynanın
birinci xanımı
Marianna Vardinoyannis
UNESCO-nun xoşməramlı səfiri
Azərbaycan.- 2018.- 14 aprel.- S.2.