Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuzun, aktual daxilixarici siyasət məsələlərinin həllində böyük xidmətlərinizin xalq tərəfindən dəstəkləndiyinin əyani təsdiqidir. Böyük məmnuniyyətlə vurğulamaq istəyirəm ki, Rusiyanın Vladimir Vilayəti ilə Azərbaycan Respublikasını səmimi dostluq münasibətləri birləşdirir, əmtəə dövriyyəsi artır, iqtisadi və mədəni əlaqələr genişlənir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzu edirəm.

Dərin hörmətlə,

 

Svetlana Orlova

Rusiya Federasiyasının Vladimir Vilayətinin qubernatoru

 

Azərbaycan.- 2018.- 14 aprel.- S.2.