Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Rusiya Rəssamlıq Akademiyasının rəyasət heyəti adından ən səmimi təbriklərimizi qəbul edin. Sizin yüksək nüfuzunuz, peşəkarlığınız və tükənməz enerjiniz, böyük siyasi və həyati təcrübəniz genişmiqyaslı dövləti vəzifələri uğurla həyata keçirməyinizə imkan verir. Siz istedadlı diplomat, təcrübəli rəhbər və yüksək mədəni dəyərlərə malik şəxsiyyət kimi XXI əsrin ən mürəkkəb problemlərinin həllinə böyük töhfələr verirsiniz. Çox şərəfli və məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzu edirik.
Daimi və dərin ehtiramla,
Zurab Sereteli
Rusiya Rəssamlıq
Akademiyasının prezidenti
Azərbaycan.- 2018.- 14 aprel.-
S.3.