Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası, Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycan xalqı Sizi yenidən dövlət başçısı seçməklə Sizə etimadını və müəyyənləşdirdiyiniz yolu - ölkənin inkişafı, cəmiyyətdə sabitlik və həmrəylik, Azərbaycan xalqının tərəqqisi və rifahının yüksəlməsi yolunu hərtərəfli dəstəklədiyini bir daha nümayiş etdirdi.

Siz Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasında islahatlar yolunu layiqincə davam etdirirsiniz.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir.

Sizin praqmatik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr günbəgün genişlənir və möhkəmlənir.

Bu gün Siz həyatınızın ən səmərəli mərhələsindəsiniz. Zəngin təcrübəniz müdriklik və həyati biliklərlə harmoniya şəklində uzlaşır. Artıq çox görülüb, gələcək isə yeni planlarla zəngindir.

Qoy, enerji, gümrahlıq və mənəvi qüvvə Sizin etibarlı tərəfdaşlarınız kimi qalsın. Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzu edirəm.

Sizə və bütün Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

Həsən Mirzəyev

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti,

Rusiya Vəkillər Gildiyasının prezidenti,

Rusiya Federasiyasının Əməkdar hüquqşünası,

Hüquq elmləri doktoru, professor

 

Azərbaycan.- 2018.- 14 aprel.- S.3.