Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli cənab Prezident.
Sankt-Peterburqda və Leninqrad vilayətində yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimizi qəbul edin. Bu qələbə Sizin yüksək siyasi nüfuzunuzun, ölkədə sabitliyin, qanunçuluğun və asayişin təmin olunmasına, genişmiqyaslı islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə xidmət edən uzunmüddətli sosial proqramların gerçəkləşdirilməsinə yönəlmiş siyasi xəttinizin fəal dəstəklənməsinin daha bir sübutudur. Azərbaycanımızın çiçəklənməsi və nəzərdə tutulmuş bütün planların səmərəli yerinə yetirilməsi yolunda bu məsul vəzifədə Sizə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Vaqif Məmişov
Sankt-Peterburq şəhəri və Leninqrad
vilayəti qubernatorunun müşaviri
Azərbaycan.- 2018.- 14 aprel.-
S.3.