İlham Əliyevlə daha möhtəşəm
zirvələrə doğru
Azərbaycan xalqı prezident
seçkilərində alternativsiz liderinə
olan böyük inam və sarsılmaz dəstəyini bir daha nümayiş
etdirdi
Aprelin 11-də Azərbaycan xalqı müstəqillik dövrünün 8-ci prezident seçkisində öz liderini müəyyənləşdirdi. Cənab İlham Əliyev növbəti dəfə ümummilli etimadı qazanaraq Azərbaycan Prezidenti seçildi. Əslində, bu qələbə tam gözlənilən idi. Çünki ötən 15 il ərzində Azərbaycanı tarixin bütün dövrlərinin ən möhtəşəm və qüdrətli dövləti səviyyəsinə yüksəltməyə müvəffəq olan liderin alternativsizliyi birmənalı ictimai rəy idi və xalqın seçimi bunu bir daha isbatladı.
Müdrik seçim, vədinə sadiq lider
15 il öncə, 2003-cü ildə ulu öndər Heydər Əliyev xalqa müraciət edərək aşağıdakı fikirləri səsləndirmişdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bəli, 15 il əvvəl ulu öndər bu fikri ilə Azərbaycan xalqına onun alternativsiz siyasi kursunu davam etdirə biləcək ünvanı göstərdi. Çünki ulu öndər tam əmin idi ki, müstəqil Azərbaycanın işıqlı gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasını ancaq İlham Əliyev gerçəkləşdirə bilər. Həqiqətən də Azərbaycan xalqı 2003-cü ildə etdiyi seçimində yanılmadı. Çünki Prezident İlham Əliyev verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirərək xalqın inamını, etimadını qazandı.
Xalqın böyük inam və etimadını qazanan
Prezident
Atalar məsəli
var: elin gözü tərəzidir.
59 ölkənin 60 təşkilatından
894 nəfər beynəlxalq
müşahidəçi, 51 xarici kütləvi informasiya vasitəsinin 118 təmsilçisi və 58
min yerli müşahidəçinin
iştirakı ilə
keçən tam demokratik,
şəffaf və ədalətli seçkilər
nəticəsində əzmli
qələbəni cənab
İlham Əliyevin qazanması tarixi və təbii qanunauyğunluqdur desək,
yanılmarıq.
Çünki Azərbaycanda yaşayan çoxmillətli əhalinin
iradəsini ifadə edən bu seçkilər
bir daha dünyaya cənab İlham Əliyevin ölkəmizdə yüksək
hörmətə və
nüfuza malik olmasını, xalqın ona böyük inamını və sarsılmaz dəstəyini
sübut etdi.
Bir məsələyə də
diqqət edək. Bu gün ölkəmizdə
gedən prosesləri izləyən və bu proseslərə vicdanla yanaşan hər bir siyasətçi
etiraf edir ki, Azərbaycan cəmiyyətində demokratiyanın
təməl prinsipləri
mövcuddur və yaradıcılıqla inkişaf
etdirilməkdədir. Aşkarlıq, şəffaflıq, söz,
mətbuat, etiqad azadlıqları Azərbaycan
Konstitusiyası ilə
təsbit olunmuş və dövlətimizin fəaliyyətinin prioritet
cəhətlərindən biri
kimi vətəndaşların
həyatında əksini
tapmaqdadır.
“Exit-poll”un nəticəsi,
müşahidəçilərin üst-üstə düşən
rəyləri
Seçkiləri müşahidə edən
beynəlxalq təşkilatların
nümayəndələrinin qarşılaşdıqları mənzərələrlə bağlı
etirafları da bütün deyilənləri
sübut etdi. Mərkəzi
Seçki Komissiyasının
seçkinin nəticəsi
ilə bağlı açıqladığı son qərar 4 təşkilatın
- Vətəndaşların Əmək Hüquqlarını
Müdafiə Liqası
(“AJF&Associates İnc.”
təşkilatı (Amerika
Birləşmiş Ştatları)
ilə birgə), “Vətəndaş Cəmiyyəti
Uğrunda” Müstəqil
Məsləhət və
Yardım Mərkəzi
(“Opinion Way” Sosioloji Tədqiqatlar
İnstitutu (Fransa) ilə birgə), “ELS” Müstəqil Araşdırmalar
Mərkəzi və “Rəy” Monitorinq Mərkəzinin keçirdiyi
“exit-poll”ların nəticəsi
ilə demək olar ki, üst-üstə
düşdü.
Seçki prosesini işıqlandıran
beynəlxalq KİV də
seçkilərin tam demokratik,
şəffaf, Seçki
Məcəlləsinin tələblərinə
uyğun şəkildə
keçirildiyini yayımladılar
və dünya birliyi Azərbaycandakı seçki mühitindən
bir daha xəbərdar oldu. Hətta xaricdə
yaşayan soydaşlarımız
və ya əcnəbilər 1000 seçki
məntəqəsində quraşdırılan
veb-kameralar vasitəsi
ilə səsvermə
prosesini canlı izləyə bildilər.
Gün ərzində seçicilərin
fəallığı barədə
5 dəfə məlumatlar
Dövlət Avtomatlaşdırılmış
İnformasiya Sistemi Şəbəkəsi üzərindən
xüsusi proqram təminatı vasitəsilə
birbaşa MSK-ya ötürüldü və
internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə
təqdim olundu. Bu da seçkilərin
necə şəffaf keçirildiyini bir daha təsdiqləyən fakt oldu.
Xalq növbəti
7 il üçün
ölkənin taleyini İlham Əliyevə tapşırdı
Bu seçkilərdə
xalq növbəti 7 il üçün
ölkənin taleyini kimə tapşıracağını
müəyyənləşdirdi. Etiraf etmək lazımdır ki, hələ seçkilər ərəfəsində
bütün siyasi, ictimai təşkilatların
xalqın iradəsi haqqında dəqiq məlumatları var idi. Respublikanın iqtisadi, sosial inkişafı, əhalinin
rifah halı, Azərbaycanın beynəlxalq
aləmdə nüfuz
qazanması, seçkilərdə
cənab
İlham Əliyevə hansısa alternativ rəqibin qələbə çalmasına
azacıq da olsa, necə deyərlər, əl yeri qoymurdu. Etiraf etmək lazımdır ki, xalq İlham
Əliyev fenomeninin nəyə qadir olduğunu, hakimiyyətə
gəlişinin məramını
hələ 15 il əvvəl görmüş, ona inam göstərmişdi. Bu seçkilər həm də onu sübut etdi ki, bu
gün Azərbaycanda cənab İlham Əliyevin qarşısına
rəqib kimi çıxmağa, onunla seçki yarışına
girməyə hazır
olan siyasətçi yoxdur. Elə İlham Əliyevin
3 milyon 397 min 664 (86.03 faiz)
seçicinin səsini
qazanması bunu təsdiqləyən faktdır.
Xalqın dəstəyindən
güc alan
baş Sərkərdə
Aprelin 11-də keçirilən
seçkilərdə ona
göstərilən böyük
etimada görə ölkə əhalisinə
müraciət edərək
minnətdarlığını bildirən Prezidenti İlham Əliyev hər zaman xalqın dəstəyini
hiss etdiyini bildirdi. Vurğuladı ki, bu dəstək ona güc verir:”Bu
dəstək bizim inkişafımız üçün
əsas şərtdir.
Xalq-iqtidar birliyi Azərbaycanda
inkişafımızın əsas
amilidir. Bu seçkilərdə
Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə,
inkişafa, tərəqqiyə
səs vermiş, son
15 il ərzində
görülən işlərə
yüksək qiymət
vermişdir. Bütün bu uğurları
biz sizinlə birlikdə
qazandıq”.
Dövlət başçısı vurğuladı
ki, xalq-iqtidar birliyi, dövlətin məqsədyönlü siyasəti
bu gün Azərbaycanı qüdrətli
dövlətə çevirib. Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artıb
və dünya miqyasında öz layiqli yerini tuta bilib. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə,
rəğbətə, dəstəyə
malik olan bir ölkədir: “Biz etibarlı tərəfdaşıq,
bizimlə hesablaşırlar
və biz beynəlxalq
aləmdə öz mövqelərimizi böyük
dərəcədə gücləndirə
bilmişik.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
ilə bağlı prinsipial mövqeyimizdən
bir addım da geriyə atmamışıq. Bizim prinsipial mövqeyimiz
daha da güclənir.
Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində
həll olunmalıdır,
bunun başqa yolu yoxdur. Gün gələcək və bu gün hələ
də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı
qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək,
Azərbaycan Prezidenti seçiləcəkdir”.
Vətəndaşına hesabat
verən dövlət
başçısı
Bu bir həqiqətdir ki, cənab İlham Əliyev Azərbaycan dövlətçilik tarixinə
adını qurucu Prezident kimi yazdırıb. 15 il
müddətində ölkəmiz,
demək olar ki, yenidən qurulub. Təkcə bircə fakta
diqqət edək.
2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının
icrasına başlayarkən
Azərbaycanın valyuta
ehtiyatları 1.8 milyard
dollar idi və çoxları bu proqramların, sosial-iqtisadi
layihələrin yarıda
qalacağını söyləyirdi.
Ancaq indiyədək Azərbaycanda
bir dənə də olsun sosial
layihə dayandırılmadı
və bunun nəticəsidir ki, bu gün valyuta
ehtiyatlarımız 44 milyard
dollara bərabərdir.
Dünyanın heç bir ölkəsində cənab
İlham Əliyev qədər ölkə ərazisinə səfər
edən ikinci bir prezident yoxdur. Özünün dediyi kimi, dövlət
başçısı olaraq
şəffaf siyasət
yeridir. Xalqı dövlətin, hökumətin
fəaliyyəti barədə
müntəzəm məlumatlandırır.
İlham
Əliyev təkcə
müşavirələrdə, rəsmi dövlət tədbirlərində deyil,
bölgələrdə, sıravi
insanlarla görüşündə
də hesabat verir. Vətəndaşların həyat tərzini,
çətinliklərini, dövlətin
siyasətinə münasibətlərini,
ölkənin bu gününü, gələcəyini
necə görmək istədiklərini onların
öz dillərindən
eşitməyi daha mühüm sayır.
Bu yol
Azərbaycanı daha xoşbəxt gələcəyə
çatdıracaq
Elə bunun nəticəsidir ki, hazırda Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır
və seçkilərdə
mütləq üstünlüklə
qalib gələn cənab İlham Əliyevin bir lider olaraq ölkəmizi
inkişafın daha möhtəşəm zirvələrinə
aparacağına şübhə
yoxdur.
Əminliklə deyə
bilərik ki, cənab
İlham Əliyev növbəti 7 ildə də müstəqil Azərbaycanın
milli maraqlarını
müdafiə edərək
xalqın yüksək
rifahını təmin
edəcək.
Aprelin 12-də Heydər Əliyev Mərkəzinin qarşısındakı
parkda keçirilən
möhtəşəm tədbirdə
çıxış edən
Prezident İlham Əliyev bir daha bəyan etdi ki, yolumuz
müstəqillik yoludur. Heç
bir kənar qüvvə bizi bu yoldan döndərə
bilməz: “Bu yol Azərbaycan xalqının
şüurlu seçimidir.
Biz müstəqil ölkəyik, güclü
ölkəyik. Biz tutduğumuz yolla gedirik. Əminəm ki, bu yol Azərbaycanı daha xoşbəxt gələcəyə çatdıracaq”.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2018.-14 aprel-
S.1; 3.