Pekində turizm sərgisində erməni
təxribatının qarşısı alınıb
Çinin paytaxtı Pekində illik (COTTM) ermənilər növbəti dəfə təxribata əl atmaq istəyiblər.
AZƏRTAC xəbər verir ki, sərgi zamanı Ermənistanı təmsil edən turizm şirkətinin stendində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə və ətraf rayonlarına turist cəlb olunması ilə bağlı hazırlanan bukletlər, habelə Azərbaycan ərazisinin təhrif olunduğu xəritələr aşkarlanıb.
Azərbaycanın
Çindəki səfirliyinin sərginin təşkilat komitəsinin
rəhbərliyi və Çinin müvafiq qurumları ilə
danışıqlarından və məsələyə dair hüquqi izahatından
sonra həmin bukletlər Ermənistan
şirkətinin stendindən
yığışdırılıb. Bundan
başqa, Azərbaycanın təkidli tələbi
ilə erməni şirkətinin stendindəki təhrif olunmuş xəritə də dəyişdirilib.
Azərbaycan.- 2018.- 19 aprel.- S.16.