Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

 

Komissiyanın sədri

 

Novruz Məmmədov - Azərbaycan Respublikasının Baş naziri

 

Komissiyanın üzvləri

 

Əli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Akif Əlizadə              - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Əbülfəs Qarayev        - Azərbaycan Respublikasının mədəniyyət naziri

Oqtay Şirəliyev          - Azərbaycan Respublikasının səhiyyə naziri

Ceyhun Bayramov     - Azərbaycan Respublikasının təhsil naziri

Samir Nuriyev            - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədri

İbrahim Quliyev         - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsa Həbibbəyli            - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsmayıl Hacıyev         - Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

Əhliman Əmiraslanov - Azərbaycan Milli Elmlər Akademiyası Biologiya tibb elmləri bölməsinin akademik-katibi

Ömər Eldarov             - Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

Abel Məhərrəmov      - Bakı Dövlət Universitetinin rektoru

Siyavuş Kərimi           - Azərbaycan Milli Konservatoriyasının rektoru

Çingiz Abdullayev     - Azərbaycan Yazıçılar Birliyinin katibi

Cəlal Abbasov            - Azərbaycan Bəstəkarlar İttifaqının katibi

Altay Hacıyev            - xalq rəssamı

Arif Məlikov              - xalq artisti

Şəfiqə Məmmədova   - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Elbay Qasımzadə       - Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

Mövlud Süleymanlı    - xalq yazıçısı

Məhərrəm Qasımlı      - Azərbaycan Aşıqlar Birliyinin sədri.

 

2. “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 mart tarixli 854 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 3, maddə 475) 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 aprel 2018-ci il

 

Azərbaycan.- 2018.-28 aprel.- S.2.