Prezident seçkiləri Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu

 

Aprelin 11-də keçirilən prezident seçkiləri bir daha təsdiq etdi ki, respublikamız demokratiya yolu ilə inamla irəliləyir. Ona görə də bu mühüm siyasi hadisə bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə demokratikazad seçkilərdən biri kimi düşdü. Seçkinin nəticələri dünyanın nüfuzlu siyasi dairələri, o cümlədən populyar xarici KİV tərəfindən də yüksək qiymətləndirildi. Bütün rəylərdə, informasiyalarda seçkilərin ədalətli və şəffaf keçirildiyi, ölkəmizin demokratik dəyərlər yolu ilə inkişaf etdiyi birmənalı şəkildə öz əksini tapdı.

 

Nümunəvi hazırlıq prosesi

 

Prezident seçkilərinin hazırlanması keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən bütün müvafiq tədbirlər vaxtında həyata keçirildi. MSK-nın gördüyü bütün işlər təqvim planında göstərilən müddətlərdə, vaxtında yerinə yetirildi. Komissiya tərəfindən seçki maarifçiliyinə dair bir sıra tədbirlər keçirildi, müxtəlif vəsaitlər, seçki plakatları çap olunaraq yayıldı. Prezidentliyə namizədlərin irəli sürülməsi və imzatoplama kampaniyası Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirildi və hansısa kənar müdaxilələr qeydə alınmadı. Seçkilər ərəfəsində və seçkilər elan olunduqdan sonra sərbəst toplaşmaq azadlığı, söz və mətbuat azadlığı sahəsində də problemlər müşahidə edilmədi, KİV-in və jurnalistlərin azad fəaliyyətinə hər hansı müdaxilə və təzyiq faktları qeydə alınmadı. O cümlədən, vətəndaş cəmiyyəti institutlarının seçki maarifçiliyi, seçkilərin monitorinqi və müşahidəsinə hazırlıq fəaliyyətlərinə, paytaxtdaregionlarda seçicilərlə görüşlərin və tədbirlərin təşkilinə hər hansı müdaxilə və əngəllər müşahidə edilmədi.

Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən 8 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan 6 nəfərin namizədliyini siyasi partiyalar, bir nəfərin namizədliyini təşəbbüs qrupu irəli sürmüşdü. Bir nəfər isə öz təşəbbüsü ilə seçkiyə qatılmışdı. Beləliklə, bu seçki marafonunda 8 namizəd mübarizə apardı.

Seçki prosesinin mühüm fazalarından biri də seçkiqabağı təşviqat mərhələsidir. Seçkilərə start verildikdən sonra qeydə alınmış 8 prezidentliyə namizədin öz platformalarını sərbəst surətdə seçicilərə çatdırmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün imkanlar və istisnasız olaraq bərabər şərait təmin olundu. Seçkiqabağı təşviqat subyektləri yaradılmış imkanlardan heç bir maneə olmadan sərbəst şəkildə istifadə etdilər. Namizədlər həm də kütləvi-informasiya vasitələrində ödənişsiz və ödənişli təşviqat həyata keçirdilər. Ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün 35 KİV (9 qəzet, 19 xəbər agentliyi, 7 televiziya) MSK-ya müraciət etmişdi. Bununla yanaşı - “Azərbaycan”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və İctimai televiziyada namizədlərin həm də ödənişsiz təşviqatı üçün imkanlar yaradılmışdı.

 

Azad, ədalətli və şəffaf səsvermə keçirildi

 

Aprelin 11-də prezident seçkiləri kampaniyası ən mühüm mərhələsinə qədəm qoydu. Həmin gün seçici hüququna malik Azərbaycan vətəndaşları ölkə üzrə 125 seçki dairəsinin 5641 seçki məntəqəsində səs verdilər. Ümumilikdə seçicilərin 74,3 faizi səsvermədə iştirak etdi. Bu, çox yüksək göstərici olmaqla Azərbaycan seçicilərinin seçkilərə yüksək marağının və onların növbəti 7 ildə öz talelərinə olan çox dolğun münasibətinin göstəricisi idi. Seçkinin qalibi - Azərbaycan Respublikasının fəaliyyətdə olan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev oldu. O, seçicilərin 86 faizinin etimadını qazandı. Bu o deməkdir ki, səsvermədə iştirak etmiş seçicilərin 3 milyon 397 min 664 nəfəri səsini cənab İlham Əliyevə verib.

Seçkilərdə şəffaflığı nümayiş etdirmək və səsvermənin nəticələrini operativ şəkildə dünyaya çatdırmaq üçün MSK Katibliyinin İnformasiya Mərkəzi çox səmərəli fəaliyyət göstərdi, gün ərzində səsvermənin gedişi barədə ictimaiyyətə 5 dəfə məlumat verdi.

Azərbaycanda 2008-ci ildən başlayaraq tətbiq olunanseçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdirildi. Beləliklə, respublikanın işğal olunmuş əraziləri istisna olmaqla bütün coğrafiyasını əhatə edən 20 faizədək seçki məntəqələrində quraşdırılmış veb-kameralar vasitəsilə səsvermə günü seçkiləri “online” izləmə imkanları təmin olundu. Beləliklə, veb-kameraların tətbiqi əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də seçkilərin şəffaflığının təmin olunması işinə dəyərli töhfə verdi.

Seçkiləri yerli və beynəlxalq müşahidəçilər izlədilər. Bunun üçün MSK-da 58 min 175 nəfər yerli, 894 nəfər xarici müşahidəçi qeydə alınmışdı. Xarici müşahidəçilər 61 təşkilatı və 59 dövləti təmsil edirdilər. Xarici müşahidəçilər AŞ Parlament Assambleyası, MDB Parlament Assambleyası, Avropa Parlamenti, GUAM, ATƏT Parlament Assambleyası, TÜRK PA, Baltik Assambleyası, Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupu, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Asiya Parlament Assambleyası, Azadlıq və Demokratiya Fondu və digər beynəlxalq təşkilatların nümayəndələri idilər.

 

Müşahidəçilər ölkəmizin demokratiya yolu ilə inkişafının şahidi oldular

 

Seçkini müşahidə edən xarici müşahidəçilər öz rəylərində, açıqlamalarında səsvermənin şəffaf keçirildiyini və ölkəmizin demokratiya yolu ilə inkişaf etməsinin şahidi olduqlarını birmənalı şəkildə bəyan etdilər. Beynəlxalq müşahidəçilər keçirdikləri mətbuat konfranslarında yekdilliklə Azərbaycanın demokratiya yolu ilə uğurla irəlilədiyini diqqətə çatdırdılar. Beynəlxalq müşahidəçilər Azərbaycanın demokratik seçkilərin keçirilməsinə görə bir çox ölkələrə örnək olduğunu birmənalı şəkildə qeyd etdilər.

Bundan başqa, prezident seçkiləri xarici jurnalistlərin təmsil olunduğu nüfuzlu beynəlxalq KİV tərəfindən də izlənildi. Məsələn, “Rossiya 24”, “NTV”, “Beşinci kanal”, habelə TASS, “RİA Novostiinformasiya agentlikləri və “Nezavisimaya qazeta” qəzetlərində Azərbaycanda prezident seçkilərinin gedişini və hazırkı Prezident İlham Əliyevin inamlı qələbəsini geniş işıqlandırıb, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan liderini təbrik etməsini diqqətə çatdırıblar.

ABŞ-ın “The Associated Pressagentliyinin yaydığı informasiyada Azərbaycan Prezidenti İlham Əliyevin özünü sabitliyin təminatçısı kimi təsdiq etdiyi qeyd olunur. Bu informasiyanı ABŞ-ın aparıcı media orqanları olan “The Washington Post” abcnewsnəşrləri təqdim edib.

Uğurla başa çatan prezident seçkilərinin nəticələri bütün beynəlxalq siyasi dairələr tərəfindən yüksək qiymətləndirildi. Hazırda yenidən Prezident seçilmiş İlham Əliyevə təbriklər gəlməkdə davam edir. Bütövlükdə bu seçki Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu. Xalqımız azad ədalətli şəkildə öz seçimini edərək ölkəmizdə son 15 ildə həyata keçirilən uğurlu siyasətin davamına səs verdi.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.-15 aprel- S.1.