Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Əminəm ki, Sizin zəngin təcrübəniz və peşəkarlığınız ölkənizin vətəndaşlarının rifahı naminə daha böyük tərəqqiyə nail olmağa imkan verəcəkdir.
Bosniya və Herseqovina Azərbaycanın səmimi dostudur və Siz qarşılıqlı əməkdaşlığın dərinləşməsinə və birgə layihələrin gerçəkləşməsinə töhfə verəcəyimizə əmin ola bilərsiniz.
Cənab Prezident, sevindirici haldır ki, Siz yeni prezidentlik dövründə tezliklə Bosniya və Herseqovinaya səfər edəcəksiniz. Bu, heç şübhəsiz ki, xalqlarımız arasında əməkdaşlığın və ənənəvi dostluğun daha da möhkəmlənməsinə töhfə olacaqdır.
Bir daha Sizə dərin ehtiramımı ifadə edirəm.
Hörmətlə,
Bakir İzetbeqoviç
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri
Azərbaycan.- 2018.-15 aprel.- S.1.