Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri xalqının Azərbaycan xalqının sevincinə şərik olduğunu dost xalqınıza çatdırmağı xahiş edirəm.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, davamlı uğurlar, dost xalqınıza isə xeyir-bərəkət və əmin-amanlıq arzu edirəm.

Xahiş edirəm, səmimi salamlarımı, ən yüksək ehtiramımı qəbul edin.

Dərin hörmətlə,

 

Xəlifə bin Zayed Al Nəhyan

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti

 

Azərbaycan.- 2018.-15 aprel.- S.1.