Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə Sizin verdiyiniz əvəzsiz töhfələri bir daha vurğulamaq istərdim.
Əminəm ki, Siz Azərbaycan xalqının rifahı, habelə sülhün, təhlükəsizliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi naminə milli və beynəlxalq layihələrin gerçəkləşdirilməsi yolunda səylərinizi, təcrübə və biliklərinizi bundan sonra da əsirgəməyəcəksiniz.
İcazə verin, bir daha Sizə möhkəm cansağlığı, uzun ömür, firavanlıq və ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayım.
Hörmətlə,
Pavel Filip
Moldova Respublikasının Baş
naziri
Azərbaycan.- 2018.-15 aprel.-
S.2.