Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının
Prezidenti seçilməyiniz
münasibətilə Sizi
səmimi qəlbdən
təbrik edirəm. Bu seçkilərdə Sizin
inamlı qələbəniz
Azərbaycan xalqının
yüksək etimadına
sahib olduğunuza əyani
sübutdur. Bu, sadə insanların həyat şəraitini yaxşılaşdırmaq, Azərbaycanın
regionda və bütün dünyada nüfuzunu artırmaq istiqamətində son illər
gördüyünüz işlərə
verilən yüksək
qiymətdir. Əminəm ki, yeni səlahiyyət
müddətiniz ərzində
Siz ölkənizin inkişafı və rifahı üçün
fəal və yorulmadan çalışmaqda
davam edəcəksiniz.
Mən, həmçinin
inanıram ki, Sizin zəngin
siyasi təcrübəniz
ölkənizin beynəlxalq
aləmdə və Qara dəniz regionunda aparıcı rolunun bundan sonra da genişlənməsinə
töhfə verəcəkdir.
Bolqarıstan ilə Azərbaycan arasında əlaqələr
xalqlarımızın mənafeyi
naminə davamlı inkişaf edir. Fəxr edirəm
ki, Sizinlə birlikdə biz ölkələrimizin
təkcə iqtisadi sahədə deyil, həm də mədəni və mənəvi sahələrdə
sıx əməkdaşlığının
etibarlı əsaslarının
qoyulmasına nail olmuşuq.
Bu baxımdan, xalqlarımız
arasındakı dostluq
əlaqələrinin gücləndirilməsinə
Sizin şəxsi
töhfənizi və
sadiqliyinizi çox yüksək qiymətləndirirəm.
Öz tərəfimdən bildirirəm
ki, ikitərəfli münasibətlərimizin inkişafına
bundan sonra da hər cür
dəstək göstərməyə
hazıram.
Əziz dostum, Sizinlə keçirdiyim bütün
görüşləri məmnuniyyətlə
xatırlayıram. Həmin görüşlərdə
Sizin yüksək intellektinizə, sağlam mühakimənizə və
diplomatik məharətinizə
valeh olmuşam. Ən əsası isə odur ki, Siz
həmişə mürəkkəb
siyasi məsələlərin
həllində ümumi
razılığa gəlməyə
səy göstərmisiniz.
Əminəm ki, konsensus axtarışı,
başqalarının maraqlarına
hörmət və milli maraqları qorumaq yeni prezidentlik
dövründə də
Sizin fəaliyyətinizin
əsas prinsiplərindən
olacaq.
Sizinlə yeni görüşlərimizi
səbirsizliklə gözləyir
və bu xoş fürsətdən
istifadə edərək,
çox məsuliyyətli
işinizdə Sizə
cansağlığı və
uğurlar arzulayıram.
Cənab Prezident,
xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz.
Hörmətlə,
Georgi Pırvanov
2002-2012-ci illərdə Bolqarıstan
Respublikasının Prezidenti
Azərbaycan.- 2018.-15 aprel.- S.2.