Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli Prezident İlham Heydər oğlu.
Xalqın iradəsi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsi adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.
Həqiqətən də Rusiyanın ənənəvi dostu olan bir dövlətin ali vəzifəsinə yenidən seçilməyiniz Sizin simanızda atanız Heydər Əliyevin layiqli varisini və işinin davamçısını görən, Sizi öz xalqını sevimli Vətənin – Azərbaycan Respublikasının gələcək tərəqqisi və rifahı yolunda yeni-yeni uğurlara və qələbələrə doğru ləyaqətlə aparan bir ümummilli lider kimi qəbul edən bütün Azərbaycan xalqının səmimi iradəsinin təzahürüdür.
Ölkənizin və Müstəqil Dövlətlər Birliyinin parlaq təmsilçisi və tanınmış lideri kimi Siz öz şərəfli əmək bioqrafiyanızda müasir Azərbaycanın davamlı sosial-iqtisadi inkişafının ana xəttini müəyyənləşdirən bir sıra mühüm nailiyyətlər əldə etmiş və bununla da xalqınızın yüksək etimadını qazanmısınız. Azərbaycan xalqının ümidləri İslamın ümumbəşəri və ənənəvi dini dəyərləri ilə vəhdət təşkil edərək yeni işıqlı gələcək qurmağa yönəlmişdir ki, bu gələcəyin də bünövrəsi İmana sədaqət və Vətənə xidmət, bütün dünyada sülhün bərqərar olmasıdır.
Biz Rusiya müsəlmanları öz tərəfimizdən ümid edirik ki, ulu babalarımızın vahid mənəvi və mədəni irsinə, ölkələrimizin xalqlarının qardaşlıq münasibətlərinin çoxəsrlik tarixinə, ekstremizmi və beynəlxalq terrorizmi qəbul etməməyə əsaslanan Rusiya–Azərbaycan mehriban qonşuluq münasibətləri bundan sonra da qorunub saxlanılacaq və möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, icazə verin, bir daha Sizə öz ehtiramımızı bildirək və Azərbaycanın yeni tarixindəki bu əlamətdar hadisə münasibətilə mömin rusiyalılar adından Sizə ünvanlanmış ən səmimi təbriklərimizi çatdıraq. Sizə möhkəm cansağlığı arzulayırıq, Vətəninizin rifahı və bütün dünyada sülh naminə xeyirxah niyyətlərinizdə və nəcib əməllərinizdə Uca Allah yardımçınız və himayədarınız olsun.
Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzulayırıq!
Xeyir-dua və səmimi təbriklərlə,
Ali müfti Talqat
Səfa Tacuddin
Rusiya Müsəlmanları Mərkəzi Dini
İdarəsinin sədri
Azərbaycan.- 2018.- 15 aprel.- S.2.