Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Sizi 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından təbrik edir, doğma Azərbaycan naminə çoxşaxəli, coşqun və cəsarətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik. Bu inamlı qələbə xalqın Sizə sonsuz etimadının və siyasi iradəsinin ifadəsidir.

Sizin zəngin siyasi təcrübəniz, ulu öndər Heydər Əliyev dövlətçilik ənənələrinə sədaqətiniz, şübhəsiz ki, türkdilli dövlətlər arasındakı çoxtərəfli əməkdaşlığın möhkəmlənməsində, türk dünyasının ayrılmaz hissəsi olan müasir müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun daha da artırılmasında bundan sonra da mühüm rol oynayacaqdır.

Hörmətli cənab Prezident, Sizin bu seçkilərdəki qələbəniz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə olan ən böyük töhfədir. Sizə möhkəm cansağlığı, xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Dərin hörmətlə,

 

Günay Əfəndiyeva

Beynəlxalq Türk Mədəniyyəti

İrsi Fondunun prezidenti

 

Azərbaycan.- 2018.- 15 aprel.- S.2.