Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab İlham Əliyev.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində layiqli qələbəniz münasibətilə təbrik edirəm. Azərbaycan əhalisinin böyük əksəriyyəti sabitlik və mütərəqqi inkişaf yolunun davam etdirilməsinə səs verdi.

Sizin zəngin təcrübəniz, peşəkarlığınız, qarşıda duran son dərəcə mühüm vəzifələri uğurla həll etmək bacarığınız Azərbaycan Respublikasının bundan sonrakı inkişafı üçün də zəmin olacaqdır. Azərbaycan ilə Rusiya arasında konstruktiv əməkdaşlığın davam edəcəyinə ümidvaram.

Sizə möhkəm cansağlığı, tükənməz enerjibütün təşəbbüslərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

Mayis Məmmədov

“Rus-Azərbaycan EviRegional İctimai Təşkilatının sədri,

Novosibirsk Vilayətinin Qanunverici Məclisinin deputatı

 

Azərbaycan.- 2018.- 15 aprel.- S.2.