Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Vətənimizdə keçirilən prezident seçkilərində tarixi qələbəniz münasibətilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun çoxminli üzvləri adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycandan kənarda yaşayan soydaşlarımız əmindirlər ki, Vətənimizin çiçəklənməsi, ölkəmizin iqtisadi inkişafının gücləndirilməsi, sabitliyin qorunması, xüsusən də diaspor quruculuğu istiqamətində fəaliyyətinizi bundan sonra da əzmlə davam etdirəcəksiniz.

Bir daha əmin olun ki, xaricdə, xüsusilə də Ukraynada yaşayan azərbaycanlılar Vətənimiz Azərbaycanın daha da inkişafı istiqamətində atdığınız hər addımda yanınızdadırlar.

Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, xalqımıza sülh və firavanlıq arzu edirik.

Hörmətlə,

 

Hikmət Cavadov

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri

 

Azərbaycan.- 2018.- 15 aprel.- S.2.