Ulu öndər Heydər Əliyevin 95-ci ildönümü münasibətilə Ərzurumda beynəlxalq simpozium keçirilib

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Türkiyənin Ərzurum şəhərində beynəlxalq simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, Ərzurum Atatürk Universitetində (AU) iki gün davam edən simpoziumda rəsmi şəxslər, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan Rusiyadan ziyalılar, eləcə AU-nun kollektivi iştirak edib.

Simpozium Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü ilə 11 ölkənin 13 ali məktəbində təşkil olunan tədbirlər çərçivəsində keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin zəngin, mənalı həyat fəaliyyətini əks etdirən fotosərginin açılışı olub.

Azərbaycan Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükuta yad edilib.

Sonra Heydər Əliyev şəxsiyyətinin ucalığını tərənnüm edən sənədli film nümayiş olunub.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin Qarsdakı baş konsulu Nuru Quliyev, Ərzurum valisi Seyfəddin Azizoğlu, Ərzurum bələdiyyəsinin sədri Mehmət Sekmən, Atatürk Universitetinin rektoru Ömer Çomaklı, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov başqaları çıxışlarında ulu öndər Heydər Əliyevin nəsillərə örnək olan siyasi fəaliyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, Heydər Əliyev təxminən yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyəti ilə Azərbaycan xalqının işıqlı gələcəyinə xidmət edib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin reallaşdırdığı strategiya Azərbaycan Türkiyə daxil olmaqla, böyük bir coğrafiyada inkişaf istiqamətlərini müəyyənləşdirib.

SimpoziumdaHeydər Əliyev türk dünyası”, “Heydər Əliyev milli ideologiya modeli”, “Heydər Əliyev milli neft strategiyasının banisi kimi”, “Heydər Əliyev milli ləyaqətin qorunmasının metodologiyası”, “Heydər Əliyev siyasətində milliləşmə türkləşmə amili s. mövzularda məruzələr dinlənilib. Məruzəçilər diqqətə çatdırıblar ki, Heydər Əliyevin siyasi fəaliyyətinin bütün istiqamətləri idarəçilik metodları dərindən araşdırılmalı, ali məktəblərdə tədris olunmalıdır.

 

Azərbaycan. - 2018.-15 aprel.- S.2.