Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının
Prezidenti vəzifəsinə
seçilməyiniz münasibətilə
Sizi Kabardin-Balkar müsəlmanları, Kabardin-Balkar
Respublikası Müsəlmanları
Dini İdarəsi adından və şəxsən öz adımdan ürəkdən
təbrik edirəm.
Azərbaycan xalqının
Sizə göstərdiyi
etimad, heç şübhəsiz, Sizin xidmətlərinizin və
nailiyyətlərinizin, ölkənizin
iqtisadi qüdrətinin
möhkəmləndirilməsinə, onun mədəni intibahına, beynəlxalq arenada nüfuzunun yüksəldilməsinə, eləcə
də dövlət-din
münasibətlərinin nizamlanmasına,
dini etiqad azadlığının təmin
edilməsinə, dini-mənəvi
dəyərlərin qorunub
saxlanılmasına yönəlmiş
siyasi kursunuzun doğru olduğunun sübutudur.
Sizin müdrik rəhbərliyiniz bu gün ölkənizdə bir çox dinlərin və millətlərin nümayəndələrinin dinc və rahat yaşamasını təmin edir. Sizin bütün dünya müsəlmanları birliyinə ünvanlanmış İslam həmrəyliyinə çağırışınız isə dinlərarası münasibətlərin keyfiyyətinin yüksəldilməsində və İslamın həqiqi dəyərlərinin geniş yayılması yolunda mühüm mərhələdir. Bu prosesdə Kabardin-Balkar Müsəlmanları Dini İdarəsi Sizin təşəbbüsünüzü tam dəstəkləyir və bundan sonra da sıx, məhsuldar əməkdaşlığa hazırdır.
Mən Uca Allahdan diləyirəm ki, cəmiyyətə xidmət etdiyiniz bu çətin yolda bütün xoşməramlı təşəbbüslərinizdə öz lütfünü və mərhəmətini Sizdən əsirgəməsin. Ali dövləti vəzifənizdə Sizə tükənməz həyat enerjisi, möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram.
Bütün xeyirli əməllərinizdə Allah-Təala köməyiniz olsun.
Hörmətlə,
Müfti Həzrətəli
Dzasejev
Rusiya Federasiyasının
Kabardin-Balkar Respublikası
“Kabardin-Balkar
Müsəlmanları Dini
İdarəsi”
Mərkəzləşdirilmiş Dini Təşkilatının
sədri
Azərbaycan.- 2018.-17 aprel.- S.7.