Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının
Prezidenti seçilməyiniz
münasibətilə Sizi
ürəkdən təbrik
edirəm.
Azərbaycan xalqının
Sizin rəhbərliyinizlə
nail olduğu sabitliyə
və inkişafa, Sizin uğurlarınıza
biz də heyranıq.
Biz Moldova Respublikasına Sizin dəstəyinizi yüksək qiymətləndirir və ümid edirik ki, ölkələrimiz arasında əməkdaşlıq daha geniş vüsət alacaq. Bizi möhkəm dəyərlər və xalqlarımızın rifahını təmin etmək məqsədi birləşdirir. Partiyamızın üzvləri əmindirlər ki, ümumi maraq doğuran çoxsaylı məsələlərdə dialoqumuz davam edəcək.
Zati-aliləri, Sizə səmimi uğur arzularımı və xanım Mehriban Əliyevaya çox dərin hörmət və ehtiramımı çatdırıram.
Səmimiyyətlə,
Vlad Plaxotnyuk
Moldova Demokratik Partiyasının sədri
Azərbaycan.- 2018.-17 aprel.- S.7.