Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Xarkov vilayətindəki “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin idarə heyəti və Xarkovdakı bütün Azərbaycan diasporu adından səmimi qəlbdən təbrik edirik.

Sizin həyata keçirdiyiniz müdrik daxilixarici siyasət sayəsində Azərbaycan ictimai-siyasisosial-iqtisadi həyatın bütün sahələrində sanballı uğurlara nail olub. Həyata keçirdiyiniz uğurlu islahatlar xalqın rifahının yüksəlməsinə, ölkənin beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinə imkan verib. Sizin xüsusi diqqət və qayğınızı tarixi Vətənimizin hüdudlarından kənarda yaşayan biz azərbaycanlılar da daim hiss edirik.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə tükənməz enerjiyeni uğurlar, Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayırıq.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Professor Murad Ömərov

Xarkov vilayətindəki “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin sədri,

texnika elmləri doktoru, Azərbaycanın Əməkdar Elm Xadimi

 

Azərbaycan.- 2018.-17 aprel.- S.8.