Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır yenidən dövlət başçısı vəzifəsinə seçilməyinizdən çox məmnun olduğumu bildirirəm.

Aprelin 11-də keçirilən seçkilərin nəticələri Azərbaycan xalqının Sizə böyük etimadının ölkənin inkişafı yolunda həyata keçirdiyiniz siyasi kursunuzla həmrəyliyinin bariz nümunəsi oldu. Seçicilərin böyük əksəriyyəti tərəfindən namizədliyinizin dəstəklənməsi son illərdə həyata keçirilən dövlət proqramlarının səmərəliliyinin, paytaxtda və eləcə də regionlarda dinamik inkişafa nail olunması üçün göstərdiyiniz şəxsi xidmətlərin yüksək qiymətləndirilməsinin parlaq sübutudur.

Əminəm ki, dövlət başçısı kimi şərəfli və məsuliyyətli vəzifədə xidmətləriniz bundan sonra da Azərbaycanda sabitliyin və firavanlığın möhkəmlənməsinə, ölkənin iqtisadi potensialının artmasına və beynəlxalq nüfuzunun daha da yüksəlməsinə təkan verəcəkdir.

Hörmətli cənab Prezident, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edir, qarşıdakı illərdə Azərbaycan dövləti və xalqı naminə fəaliyyətinizdə yeni uğurlara imza atmağı arzulayıram. Tanrı Sizi qorusun!

Hörmətlə,

 

Osman Gezeker

Türkiyənin “Özkaya Group” şirkəti İdarə Heyətinin sədri

 

Azərbaycan.- 2018.-17 aprel.- S.7.